Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1013/2021 21.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı və 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 212.03 manat əsas, 2.47 manat faiz və 82.6 manat cərimə, 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1534.73 manat əsas, 16.84 manat faiz və 603.08 manat cərimə borcu, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC məhkəməyə 18 iyun 2021-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 212.03 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05 mart 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 212.03 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 05 aprel 2021-ci il tarixə 394 gün üçün hesablanmış faiz borcu 2.47 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 05 aprel 2021-ci il tarixə 394 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 82.6 manat təşkil edir. Həmçinin, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1534.73 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05 mart 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 1534.73 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 05 aprel 2021-ci il tarixə 394 gün üçün hesablanmış faiz borcu 16.84 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 05 aprel 2021ci il tarixə 394 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 603.08 manat təşkil edir. Kredit müqavilələri üzrə Cavabdeh1 bank qarşısında yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 30 dekabr 2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı və 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqavilələri üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 212.03 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü 212.03 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1534.73 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü 1534.73 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı və 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 kredit verilmiş, kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 30 dekabr 2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqavilələri imzalanmışdır. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilələr üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilələr öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 82.6 manat və 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 603.08 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 470.1, 472.1 və 472.3-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı və 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqavilələri ləğv edilməli, 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 212.03 manat əsas, 2.47 manat faiz və 10 manat cərimə, 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1534.73 manat əsas, 16.84 manat faiz və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1796.07 manat məbləğində borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı və 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqavilələri ləğv edilsin. 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 212.03 manat əsas, 2.47 manat faiz və 10 manat cərimə; 30 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1534.73 manat əsas, 16.84 manat faiz və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1796.07 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1013/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1013/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver