Məhkəmə qərarları › İş №2(075)-1047/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1047/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1047/2021 18.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Soduyeva (Niftalızadə) Elmira Hümbət qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Soduyeva (Niftalızadə) Elmira Hümbət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 19.06.2012-ci il tarixdə anadan olmuş uşaqları X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay üçün sabit pul məbləğində 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Soduyeva (Niftalızadə) Elmira Hümbət qızı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 03.11.2011-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 19.06.2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri dəyişmişdir. Sonradan onlar ayrılmışlar, aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və azyaşlı uşağı onun yanında saxlanılmışdır. Eyni zamanda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat alimentin alınaraq ona verilməsi qərara alınmışdır. Lakin bu günki bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o, maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur, gündəlik qazancı yaxşıdır. Cavabdeh xeyli pul qazanmasına baxmayaraq qazancından hər uşaq üçün ona ayda cəmi 120 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşağının pal-paltarlarının, təhsilinin, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşağın səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaq böyüdükcə tələbatları artır. Lakin buna baxmayaraq cavabdeh uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. İddiaçı 07 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirlməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(075)- 1758/2018 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında 03.11.2011-ci il tarixdə 476 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin ümumi uşağı, 19.06.2012-ci il təvəllüdlü X1 X2 yanında qalması, tərəflərin ümumi uşağı, 19.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi, alimentin 16.07.2018-ci il tarixdən etibarən tutulmsı və dərhal icraya yönəldilməsi qət edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(075)-1758/2018 saylı qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 03.11.2011 -ci il tarixdə 476 nömrə ilə qeydə alınmış nikahın pozulması, 19.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 16.07.2018-ci il tarixdən hesablanması qət edilmişdir. İddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməyərək iddiya hər hansı münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(075)-1758/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Nuranənin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Aidanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(075)-1758/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 19 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(075)-1758/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar