Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1060/2020 12.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 164 manat olmaqla, cəmi 328 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2001-ci il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2012-ci il tarixdə Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il tarixdə Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il tarixdə Xəlilli Uğur Rövşən oğluadlı övladları olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-604/2017 saylı qətnaməsi ilə xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Cavabdehlə birgə nikahlarından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu yetkinlik yaşına çatmışdır. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, həqiqətən də İddiaçı ilə birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il tarixdə Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il tarixdə Xəlilli Uğur Rövşən oğluadlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat alimentin iddiaçıya verilməsi qət edilmişdir. Özü masabəyi işləyir. Məlumdur ki, bütün dünyada mövcud olan pandemiya (COVİD-19) ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bir çox sahələrin fəaliyyəti qadağan olduğu kimi toy məclislərinin də keçirilməsinə məhdudiyyət qoyulmuşdur. Ona görə də artıq 6 aya yaxındır ki, heç bir gəlir yeri yoxdur. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Bundan başqa yenidən nikaha daxil olmuş və ikinci evliliyindən bir övladı var. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il tarixdə Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il tarixdə Xəlilli Uğur Rövşən oğluadlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment təyin edilmişdir. Hazırda tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu yetkinlik yaşına çatmışdır. İddiaçı həmin aliment məbləği ilə Xəlilova Ətir Rövşən qızı və Xəlilli Uğur Rövşən oğlunun tələbatlarının ödənilməsinin mümkünsüz olması, uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2001-ci il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 118 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxx 2002-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun anaları İddiaçı yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun ataları Cavabdeh, anaları isə İddiaçıdır. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2019-cu il təvəllüdlü Xəlilzadə Onurbəy Rövşən oğlunun atası Cavabdeh, anası isə X1r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1060/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1060/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver