Məhkəmə qərarları › İş №2(075)-1071/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1071/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1071/2021 23.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 1362 (bir min üç yüz altmış iki) manat əsas kredit borcu, 114.65 (bir yüz on dörd manat altmış beş qəpik) manat faiz borcu, cəmi 1476.65 (bir min dörd yüz yetmiş altı manat altmış beş qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan: boyunbağı (585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, komplekt (sırğa-cüt, üzük) (Q/s-585) – 1 ədəd, üzük (Q/s-583) – 2 ədəd, üzük (Q/s-585) – 2 ədəd, cəmi 8 sayda 34.15 qr qızıl, 973.275 manat məbləğində əlavə ziynət əşyalarının dəyəri, ümumi dəyəri 2604.71 manat qiymətlilərə tutma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cəmi 1476.65 (bir min dörd yüz yetmiş altı manat altmış beş qəpik) manat, həmçinin dövlət rüsumunun ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, onun ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 21 may 2020-ci il tarixli, 137/0520-361 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 38% olmaqla 18 ay müddətinə 1362.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 21 may 2020-ci il tarixli, 137/0520-361ZG saylı girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus boyunbağı (585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, komplekt (sırğa-cüt, üzük) (Q/s-585) – 1 ədəd, üzük (Q/s-583) – 2 ədəd, üzük (Q/s-585) – 2 ədəd, cəmi 8 sayda 34.15 qr qızıl, 973.275 manat məbləğində əlavə ziynət əşyaları girov qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu əsas borc üzrə 1362.00 manat, faiz borcu üzrə 114.65 manat və cərimə borcu üzrə 0 manat təşkil edir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 21 may 2020-ci il tarixli, 137/0520-361 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC tərəfindən cavabdeh X1 illik faiz dərəcəsi 38% olmaqla 18 ay müddətində qaytarılmaq şərti ilə cəmi 1362.00 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 1362.00 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İşdə olan 21 may 2020-ci il tarixli, 137/0520-361ZG saylı girov müqaviləsindən görünür ki, həmin kreditin təminatı kimi Cavabdeh məxsus boyunbağı (585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, komplekt (sırğa-cüt, üzük) (Q/s-585) – 1 ədəd, üzük (Q/s-583) – 2 ədəd, üzük (Q/s-585) – 2 ədəd olmaqla, cəmi 8 sayda 34.15 qr qızıl-ziynət əşyaları İddiaçı BOKT MMC-nin xeyrinə girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, “ASEL Kredit» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2020-ci il tarixli, 137/0520-361 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 38% ödəmək şərtilə 1362.00 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh məxsus boyunbağı (585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, komplekt (sırğa-cüt, üzük) (Q/s-585) – 1 ədəd, üzük (Q/s-583) – 2 ədəd, üzük (Q/s-585) – 2 ədəd olmaqla, cəmi 8 sayda 34.15 qr qızıl-ziynət əşyaları İddiaçı BOKT MMC-nin xeyrinə girov qoyulmuşdur. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. Göründüyü kimi İddiaçı BOKT MMC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit və girov müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı BOKT MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin girov qızıl əşyalarının satışından əldə olunan məbləğ tələbin ödənilməsi üçün yetərli olmazsa, həmin məbləğin ümumi qaydada onun digər əmlakına yönəldilməsi hissəsini əsassız hesab edir. Belə ki, tələbin borclunun başqa əmlakı hesabına icra edilməsi icra sənədinin icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçirilir. Ona görə də iddia tələbinin həmin hissəsi təmin oluna bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1362.00 manat əsas və 114.65 manat faiz borcu olmaqla, ümumilikdə 1476.65 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus olan boyunbağı (585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, komplekt (sırğa-cüt, üzük) (Q/s-585) – 1 ədəd, üzük (Q/s-583) – 2 ədəd, üzük (Q/s-585) – 2 ədəd olmaqla, cəmi 8 sayda 34.15 qram olan qızıl məmulatlarına yönəldilməli, həmin girov predmetləri açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına, hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, əldə olunmuş vəsait hesabına 1362.00 manat əsas və 114.65 manat faiz borcu olmaqla, ümumilikdə 1476.65 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ödənilməsi təmin edilməli, qalan məbləğ mülkiyyətçiyə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 may 2020-ci il tarixli, 137/0520-361 saylı kredit müqaviləsinə əsasən 1362.00 manat əsas və 114.65 manat faiz borcu olmaqla, ümumilikdə 1476.65 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus olan boyunbağı (585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, sırğa-cüt (Q/s-585) – 1 ədəd, komplekt (sırğa-cüt, üzük) (Q/s-585) – 1 ədəd, üzük (Q/s-583) – 2 ədəd, üzük (Q/s-585) – 2 ədəd olmaqla, cəmi 8 sayda 34.15 qram olan qızıl məmulatlarına yönəldilsin. Həmin girov predmetləri açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, əldə olunmuş vəsait hesabına 1362.00 manat əsas və 114.65 manat faiz borcu olmaqla, ümumilikdə 1476.65 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ödənilməsi təmin edilsin. Qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar