Məhkəmə qərarları › İş №2(075)-1107/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1107/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1107/2021 31.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8450,22 ABŞ dolları-bundan 1709,69 ABŞ dolları əsas, 2030,33 ABŞ dolları faiz, 4461,56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il Plenum qərarına əsasən hesablanmış 248,64 ABŞ dolları faiz borcu və iş üzrə 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi bаrədə məhkəmə əmrinin xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 02 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 02 aprel 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********264 saylı 05.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 01.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 8450,22 ABŞ dolları təşkil edir. Bundan 1709,69 ABŞ dolları əsas, 2030,33 ABŞ dolları faiz, 4461.56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 248.64 (İki yüz qırx səkkiz ABŞ dolları 64 sent) ABŞ dolları faiz borcu təşkil edir. Əlavə olaraq bildirdi ki, sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. İş materialına əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi kredit müqaviləsi üzrə yaranmış qalıq borc sözügedən Fərmanın əhatə dairəsinə düşdüyündən Cavabdeh1 ödəniləcək məbləğ 1456,81 ABŞ dolları məbləğində hesablanmış, lakin cavabdeh kredit müqaviləsinin restrukturizasiya olunması ilə bağlı ərizə ilə banka müraciət etməmiş, buna görə də onunla yeni müqavilə bağlanması mümkün olmamış və ona ayrılmış pul məbləğindən istifadə etməmişdir. Cavabdeh kredit borcundan sonuncu dəfə 03.04.2018-ci il tarixdə 1150,38 ABŞ dolları ödəniş etmişdir. Hesabdan çıxarışda əks olunan 19.04.2019-cu il tarixli 1456,81 ABŞ dolları məbləğində hesablanmış vəsait isə Cavabdeh1 ödəniləcək məbləğdir. Cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizələrini əsassız hesab edir. İddanı müdafiə edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh1 29 may 2021-ci il və Cavabdeh2 isə 17 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddiaçı LPO "xxxx" ASC-nin onlara qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbi üzrə 3 illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 5000 ABŞ dollarə məbləğində kredit verilmişdir. İş materiallarında olan 02 apel 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 02 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. İş materiallarında olan 16 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02 aprel 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-nə olan borcu 1709,69 ABŞ dolları əsas, 2030,33 ABŞ dolları faiz, 4461,56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il Plenum qərarına əsasən hesablanmış 248,64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8450,22 ABŞ dolları təşkil edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən Cavabdeh1 ödəniləcək məbləğ 1456,81 ABŞ dolları məbləğində hesablanmışdır. Cavabdeh1 02 aprel 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nə sonuncu dəfə 03.04.2018-ci il tarixdə 1150,38 ABŞ dolları ödəniş etmişdir. İşdə olan Ləğv prosesində olan “Dəmirbank" ASC-dən 27.07.2021-ci il tarixdə daxil olmuş 14.07.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Sizin ləğv prosesində olan “Dəmirbank" ASC-yə daxil olmuş məktubunuzdan görünür ki, müvafiq mülki iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qəbzləri və hesabdan çıxarışın ekspertə təqdim etmək üçün Şəki rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Müraciətinizə cavab olaraq ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cari və ssuda hesabdan çıxarış sizə göndərilir. Müştərinin ödəniş qəbzlərinin ekspertizaya təqdim edilməsi isə problemli olduğundan mümkünsüzdür. Belə ki, müştəri bankir ayrı-ayrı filiallarında, Pos-Terminalda və müxtəlif tarixlərdə ödənişlər aparmışdır. Bu ödənişlərin qəbzləri bank tərəfindən ayrı-ayrı tarixlərdə gündəlik aparılan bank əməliyyatlarını əks etdirən çoxsaylı sənədlərlə birlikdə saxlanılır və həmin qəbzlərin toplanılması uzun müddət tələb edir. Odur ki, aparılmış ödənişlər barədə qəbzlərin məhkəmə tərəfindən cavabdehdən tələb edilməsi məqsədəuyğundur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Məhkəmə tərəfindən iddiaçı "xxxx" ASC-yə cavabdehlər tərəfindən son ödəmə məlumatlarının təqdim edilməsi təklif olunmuş və iddiaçı mövcud mülki işlə bağlı məhkəməyə maliyyə arayışını və cavabdeh tərəfindən edilən ödəmə məlumatlarını özündə əks etdirən hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim erdilən maliyyə arayışından və hesabdan çıxarış-ödəmə məlumatlarında Cavabdeh1 tərəfindən arxırıncı dəfə 03 aprel 2018-ci il tarixdə onun 1150,38 ABŞ dolları ödəniş etdiyi öz əksini tapır. Zamin Cavabdeh2 tərəfindən isə banka hər hansı ödəniş edilməmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən 03.04.2018-ci ildən sonra keçən təxminən 3 il 5 ay müddət ərzində cavabdeh Banka ödəniş etməmişdir. 03.04.2018-ci il tarixdə cavabdehin banka 1150,38 ABŞ dolları ödəniş edilməsini məhkəmə iclasında iddiaçı özü də qəbul edir. Lakin iddiaçı həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı ödənişlərin edilməsinə dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi Cavabdeh1 banka axırıncı dəfə etdiyi ödəniş 03.04.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18.05.2021-ci il tarixinədək, həmçinin kredit müqaviləsinin bitdiyi 02.04.2018-cı il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18.05.2021-ci il tarixinədək təxminən 3 il 1 aydan çox müddət keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit borcunu tələb etməkdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında məhkəmə belə qərara gəlmişdir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi həm əsas borclu Cavabdeh1 29 may 2021-ci il tarixdə həm də zamin Cavabdeh2 17 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddiaçı LPO "xxxx" ASC-nin onlara qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbi üzrə 3 illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi bank 02 aprel 2021-ci ilədək cavabdehlərə qarşı iddia tələbi irəli sürməli olduğu halda həmin müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdehlər iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütün şərh edilənlərə əsasən LPO "xxxx" ASC-nin 1709,69 ABŞ dolları əsas, 2030,33 ABŞ dolları faiz, 4461,56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il Plenum qərarına əsasən hesablanmış 248,64 ABŞ dolları faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: LPO "xxxx" ASC-nin cəmi 8450,22 ABŞ dolları-bundan 1709,69 ABŞ dolları əsas, 2030,33 ABŞ dolları faiz, 4461,56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il Plenum qərarına əsasən hesablanmış 248,64 ABŞ dolları faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar