Məhkəmə qərarları › İş №2(075)-1120/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1120/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1120/2021 21.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 05 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 100 manat əsas borc, 10 manat cərimə, 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75719 olan Xiaomi Redmi 8A markalı telefon, İMEİ kodu **********93575 olan Samsung Galaxy A10 markalı telefon üçün 640 manat əsas borc, 64 manat cərimə və 01 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********03538 olan Xiaomi Redmi 8A markalı telefon, Panasonic markalı 2 ədəd qulaqlıq və aksesuar üçün 252 manat əsas borc, 25 manat cərimə olmaqla, ümumilikdə 1091 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bаğlаnmış 05 iyun 2019-cu il tarixli, 00704708 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 940 manat olan Samsung markalı paltaryuyan əldə etmiş, borc məbləğini 11 ay müddətinə ödəməyi (11 ay X 85 manat + 5 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bаğlаnmış 07 dekabr 2019-cu il tarixli, 01108426 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 768 manat olan İMEİ kodu **********75719 olan Xiaomi Redmi 8A markalı telefon, İMEİ kodu **********93575 olan Samsung Galaxy A10 markalı telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 64 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bаğlаnmış 01 mart 2020-ci il tarixli, 20137234 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 402 manat olan İMEİ kodu **********03538 olan Xiaomi Redmi 8A markalı telefon, Panasonic markalı 2 ədəd qulaqlıq və aksesuar əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 21 manat + 150 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 30 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 05 iyun 2019-cu il tarixli, 00704708 saylı müqaviləyə əsasən Cavabdeh «xxxx» MMC-yə 100 manat əsas borc, 10 manat cərimə, 07 dekabr 2019-cu il tarixli, 01108426 saylı müqaviləyə əsasən 640 manat əsas borc, 64 manat cərimə və 01 mart 2020-ci il tarixli, 20137234 saylı müqaviləyə əsasən 252 manat əsas borc, 25 manat cərimə olmaqla, ümumilikdə 1091 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1118 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 05 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 100 manat əsas borc, 10 manat cərimə, 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75719 olan Xiaomi Redmi 8A markalı telefon, İMEİ kodu **********93575 olan Samsung Galaxy A10 markalı telefon üçün 640 manat əsas borc, 64 manat cərimə və 01 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********03538 olan Xiaomi Redmi 8A markalı telefon, Panasonic markalı 2 ədəd qulaqlıq və aksesuar üçün 252 manat əsas borc, 25 manat cərimə olmaqla, ümumilikdə 1091 manat borc Cavabdeh tutularaq «xxxx» MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 100 manat əsas borc, 10 manat cərimə, 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75719 olan Xiaomi Redmi 8A markalı telefon, İMEİ kodu **********93575 olan Samsung Galaxy A10 markalı telefon üçün 640 manat əsas borc, 64 manat cərimə, 01 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********03538 olan Xiaomi Redmi 8A markalı telefon, Panasonic markalı 2 ədəd qulaqlıq və aksesuar üçün 252 manat əsas borc, 25 manat cərimə olmaqla, ümumilikdə 1091 manat borc Cavabdeh tutularaq «xxxx» MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar