Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1122/2020 03.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsinə əsasən 833.75 manat əsas, 23.85 manat faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 857.6 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan 01 (bir) ədəd 8.5 qr çəkidə 585 əyarlı boyunbağı, 01 (bir) ədəd 3.6 qr çəkidə 585 əyarlı qırxayaq üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa, 01 (bir) ədəd 4.1 qr çəkidə 583 əyarlı qaşlı kalso və 01 (bir) ədəd 12.6 qr çəkidə 583 əyarlı komplekt olmaqla, cəmi 30.7 qram olan qızıl məmulatlarına yönəldilməsi, bu əmlakların hərracdan satılması və onun satışından əldə olunan vəsait hesabına Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsinə əsasən ümumilikdə 857.6 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsinə əsasən 678.75 manat əsas, 57.82 manat faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 736.57 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan 01 (bir) ədəd 8.5 qr çəkidə 585 əyarlı boyunbağı, 01 (bir) ədəd 3.6 qr çəkidə 585 əyarlı qırxayaq üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa, 01 (bir) ədəd 4.1 qr çəkidə 583 əyarlı qaşlı kalso və 01 (bir) ədəd 12.6 qr çəkidə 583 əyarlı komplekt olmaqla, cəmi 30.7 qram olan qızıl məmulatlarına yönəldilməsi, bu əmlakların hərracdan satılması və onun satışından əldə olunan vəsait hesabına Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsinə əsasən ümumilikdə 736.57 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 30% olmaqla 18 ay müddətinə 1090 məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus 01 (bir) ədəd 8.5 qr çəkidə 585 əyarlı boyunbağı, 01 (bir) ədəd 3.6 qr çəkidə 585 əyarlı qırxayaq üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa, 01 (bir) ədəd 4.1 qr çəkidə 583 əyarlı qaşlı kalso və 01 (bir) ədəd 12.6 qr çəkidə 583 əyarlı komplekt olmaqla, qızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu əsas borc üzrə 678.75 manat, faiz borcu üzrə 57.82 manat və cərimə borcu üzrə 0 manat təşkil edir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən cavabdeh X1 illik faiz dərəcəsi 30% olmaqla 18 ay müddətində qaytarılmaq şərti ilə cəmi 1090 məbləğində kredit verilmişdir. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 1090 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı girov müqaviləsindən görünür ki, həmin kreditin təminatı kimi Cavabdeh məxsus 01 (bir) ədəd 8.5 qr çəkidə 585 əyarlı boyunbağı, 01 (bir) ədəd 3.6 qr çəkidə 585 əyarlı qırxayaq üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa, 01 (bir) ədəd 4.1 qr çəkidə 583 əyarlı qaşlı kalso və 01 (bir) ədəd 12.6 qr çəkidə 583 əyarlı komplekt olmaqla, qızıl-zinət əşyaları İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, “İddiaçı» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 30% ödəmək şərtilə 1090 məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh məxsus 01 (bir) ədəd 8.5 qr çəkidə 585 əyarlı boyunbağı, 01 (bir) ədəd 3.6 qr çəkidə 585 əyarlı qırxayaq üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa, 01 (bir) ədəd 4.1 qr çəkidə 583 əyarlı qaşlı kalso və 01 (bir) ədəd 12.6 qr çəkidə 583 əyarlı komplekt olmaqla, qızıl-zinət əşyaları İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit və girov müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı Kredit müqaviləsinə əsasən 678.75 manat əsas, 57.82 manat faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 736.57 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus olan 01 (bir) ədəd 8.5 qr çəkidə 585 əyarlı boyunbağı, 01 (bir) ədəd 3.6 qr çəkidə 585 əyarlı qırxayaq üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa, 01 (bir) ədəd 4.1 qr çəkidə 583 əyarlı qaşlı kalso və 01 (bir) ədəd 12.6 qr çəkidə 583 əyarlı komplekt olmaqla, cəmi 30.7 qram olan qızıl məmulatlarına yönəldilməli, həmin girov predmetləri açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına, hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, əldə olunmuş vəsait hesabına 678.75 manat əsas, 57.82 manat faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 736.57 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ödənilməsi təmin edilməli, qalan məbləğ mülkiyyətçiyə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, SKLMB-5397 saylı Kredit müqaviləsinə əsasən 678.75 manat əsas, 57.82 manat faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 736.57 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus olan 01 (bir) ədəd 8.5 qr çəkidə 585 əyarlı boyunbağı, 01 (bir) ədəd 3.6 qr çəkidə 585 əyarlı qırxayaq üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa, 01 (bir) ədəd 4.1 qr çəkidə 583 əyarlı qaşlı kalso və 01 (bir) ədəd 12.6 qr çəkidə 583 əyarlı komplekt olmaqla, cəmi 30.7 qram olan qızıl məmulatlarına yönəldilsin. Həmin girov predmetləri açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, əldə olunmuş vəsait hesabına 678.75 manat əsas, 57.82 manat faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 736.57 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ödənilməsi təmin edilsin. Qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1122/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1122/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver