Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1137/2023 25.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizənin (müqavilənin) ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6120.79 manat məbləğində kredit bоrcu, 408.18 manat məbləğində faiz bоrcu və 119.97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6648,94 manat məbləğində bоrcun və ödənilmiş 86.49 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 36 ay müddətinə, aylıq 1.75 % olmaqla, 7000 manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2022-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin (bundan sonra Müqavilə) ümumi şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizəyə qeyd olunur. O, götürdüyü kredit bоrcundan 879.21 manat ödəniş etmiş və оnun iddiaçıya 6120.79 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 122 gün üçün hesablanmış faiz borcu 408.18 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 122 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 119.97 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi 23 iyun 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmi edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən ona 36 ay müddətinə, aylıq 1.75 % olmaqla, 7000 manat kredit verilmişdir. Lakin onun maddi imkanı aşağı olduğu üçün borcunu tam olaraq banka qaytara bilməmişdir. Bildirmişdir ki, o, əvvəllər işləmişdir. Sonradan işdən çıxmışdır. İşlədiyi vaxtlarda borcunu ödəmişdir. Hal-hazırda da hissəhissə 30-40 manat borcundan ödənişlər edir. Banka olan borcunu qəbul edir. Məhkəmə qətnaməsi çıxarlandıqdan sonra borcunu hissə-hissə qaytaracaqdır. Qanuna müvafiq qətnamə çıxarlanmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı QSC arasında imzalanmış 31 yanvar 2022-ci il tarixli, ərizədən görünür ki, həmin ərizə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh aylıq 1.75% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 056A********** saylı kredit müqaviləsinin ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 7000 manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 056A********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh İddiaçı QSC-nə xx.xx.2023-cü il tarixinə olan borcu 6120.79 manat əsas, 408.18 manat faiz, 119.97 manat cərimə olmaqla, cəmi 6648.94 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış 28 dekabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, həmin xəbərdarlıq əsasında İddiaçı QSC tərəfindən Cavabdeh banka xx.xx.2023-cü il tarixənədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və onun banka borclu olduğu 6604.69 manat məbləğin həmçinin xx.xx.2022-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh İddiaçı QSC ilə 31 yanvar 2022-ci il tarixdə bağladığı ərizə (kredit müqaviləsi) əsasında illik faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli ərizə (kredit müqaviləsi) ləğv edilməli və Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6120.79 manat əsas bоrc, 408.18 manat faiz bоrcu və 119.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6648.94 manat bоrc və ödənilmiş 86.49 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli ərizə (kredit müqaviləsi) ləğv edilsin; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6120.79 manat əsas bоrc, 408.18 manat faiz bоrcu və 119.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6648.94 manat bоrc və ödənilmiş 86.49 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1137/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1137/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver