Məhkəmə qərarları › İş №2(075)-1140/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1140/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1140/2020 09.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı ASC «xxxx» Bankının etibarnamə üzrə nümayəndəsi X4 oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı «xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC «xxxx» Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC «xxxx» Bankı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «xxxx» Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X6 arasında xx xxxxxxx 2013-cü il tarixli, **********66013/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Borc alan tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı ASC «xxxx» Bankı tərəfindən «kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında» iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 358/2017 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borcun, 412.43 manat məbləğində adi faiz borcu və 117.26 manat penya olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh, zamin X3 müştərək qaydada iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 358/2017 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sorna icra icraatı qaydasında tam icra olunmuşdur. Buna baxmayaraq cavabdehin müqavilənin 6.2-ci bəndinə əsasən illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kreditin qaytarılma müddəi bitdiyi tarixdən (xx.xx.2016) əsas borcun tam şəkildə qaytarıldığı xx xxx 2020-ci tarixədək hesablanmış bu məbləğ 592.20 manat təşkil edir. Kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu səbəbdən də ASC «xxxx» Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı ASC «xxxx» Bankının etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, həqiqətən də ASC «xxxx» Bankı ilə arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən ona 36 ay müddətinə, illik 24% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X6 arasında xx xxxxxxx 2013-cü il tarixli, **********66013/1 nömrəli və digər zamin X2 arasında xx xxxxxxx 2013-cü il tarixli **********66013/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşlər. Tərəfindən kredit müqaviləsinə əsasən ödənişlər gecikdirildiyindən ASC «xxxx» Bankı tərəfindən məhkəməyə müraciət edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borc, 412.43 manat məbləğində adi faiz borcu və 117.26 manat penya olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan və zamin X3 müştərək qaydada iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 nömrəli qətnaməsi qəbul edildikdən ümumilikdə 2551.67 manat məbləğində ödəniş həyata keçirmiş və qətnamə üzrə müəyyənləşdirilmiş borc tam şəkildə icra edilmişdir. ASC «xxxx» Bankı xx xxxx 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 saylı icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödənildiyini bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırda onun ASC «xxxx» Bankına heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işdə olan xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsindən görünür ki, ASC «xxxx» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 358/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borc, 412.43 manat məbləğində faiz borcu və 117.26 manat cərimə olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X3 müştərək qaydada tutularaq ASC «xxxx» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işdə olan ASC «xxxx» Bankı tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 361 saylı arayışdan görünür ki, xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 saylı icra sənədi ilə ödənilməli olan məbləğ Cavabdeh və X6 tərəfindən tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsinə əsasən ASC «xxxx» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 saylı qətnaməsinin ilə xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borc, 412.43 manat məbləğində faiz borcu və 117.26 manat cərimə olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X3 müştərək qaydada tutularaq ASC «xxxx» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx xxx 2020-ci il tarixdə xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə öhdəlikləri tam şəkildə icra etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 358/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. ASC «xxxx» Bankı xx xxxx 2020ci il tarixdə məhkəməyə yenidən müraciət edərək xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İddiaçı ASC «xxxx» Bankı Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etsə də, ASC «xxxx» Bankı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 361 saylı arayışla görünür ki, xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tam olaraq ödənildiyi müəyyən edilmişdir. İddiaçı ASC «xxxx» Bankı tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş arayışı daha əsaslı və Cavabdeh ASC «xxxx» Bankına olan borcunun müəyyənləşdirilməsində məhz həmin arayışa istinad edilməsini doğru hesab edir. Bu səbəbdən də ASC «xxxx» Bankı xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitini Cavabdeh tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı «xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: ASC «xxxx» Bankının Cavabdeh qarşı xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar