Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1148/2021 25.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2019-cu il tarixli 007A********** saylı və 21.08.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 21.08.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 8176,19 manat məbləğində kredit borcu, 26,43 manat məbləğində faiz borcu və 1387,17 manat məbləğində cərimə; 21.08.2019-cu il il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1704,35 manat məbləğində kredit borcu, 5,15 manat məbləğində faiz borcu və 152,07 manat məbləğində cərimə məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə 21.08.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8902,92 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 21.01.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1, götürdüyü kredit borcundan 726.73 manat ödəniş etmiş və onun iddiaçıya 8176,19 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 12.04.2019-cu il tarixə 79 gün üçün hesablanmış faiz borcu 24,10 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdiıilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 12.04.2019-cu il tarixə 79 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 645,91 manat təşkil edir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə 21.08.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz, dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1858,24 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 21.01.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1, götürdüyü kredit borcuna görə iddiaçıya 1704,35 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarı İması nadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 12.04.2021-ci il tarixə 79 gün üçün hesablanmış faiz borcu 5,15 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 12.04.2019-cu il tarixə 79 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 152,07 manat təşkil edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin İddiaçı QSC-nin nümayəndəsi X1 24 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. İşdə olan 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 1% olmaqla 60 ay müddətinə 8902,92 manat məbləğində kredit verilmişdir. İşdə olan 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 1% olmaqla 60 ay müddətinə 1858,24 manat məbləğində kredit verilmişdir. İşdə olan 007G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İşdə olan maliyyə arayışından görünür ki, 007A192337073 saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı QSC-nə 8176,19 manat əsas borc, 24,10 manat faiz borcu və 1387,17 manat cərimə borcu, 007A********** saylı kredit razılaşması üzrə 1704,35 manat əsas borc, 5,15 manat faiz borcu və 152,07 manat cərimə borcu vardır. İşdə olan İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış 10.03.2021-ci və 12.04.2021-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Cavabdeh1 19.03.2021-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi bildirilmişdir. Bununla da iddiaçı pretenziya qaydalarına riayət etmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki Cavabdeh1 İddiaçı QSC ilə 21.08.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8902,92 manat məbləğində kredit götürmüşdür. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə 21.08.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz, dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1858,24 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 007A********** saylı kredit müqaviləsi üzrə 1387,17 manat, 007A********** saylı kredit müqaviləsi üzrə 152,07 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 və onun zaminlərindən tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 741, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2019-cu il tarixli 007A********** saylı və 21.08.2019-cu il tarixli 007A********** saylı kredit müqavilələri ləğv edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə 21.08.2019-cu il il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 8176,19 manat məbləğində kredit borcu, 26,43 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, 21.08.2019-cu il il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1704,35 manat məbləğində kredit borcu, 5,15 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qayadada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2019-cu il tarixli 007A********** saylı və 21.08.2019-cu il tarixli 007A********** saylı kredit müqavilələri ləğv edilsin; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 21.08.2019-cu il il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 8176,19 manat məbləğində kredit borcu, 26,43 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu; 21.08.2019-cu il il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1704,35 manat məbləğində kredit borcu, 5,15 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1148/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1148/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver