Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1173/2020 15.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsi üzrə 1804.83 manat əsas, 377.23 manat faiz borcu olmaqla, cəmi 2182.06 manat, xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsi üzrə 135.37 manat əsas, 46.53 manat faiz borcu olmaqla, cəmi 181.90 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı X2 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı X2 məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı X1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 26.9 faiz olmaqla 1950 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 850 manat məbləğində kredit verilmişdir. Müqavilələrin şərtlərinə əsasən cavabdeh kredit məbləğlərini onlara hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Hazırda cavabdehin İddiaçı ASC-yə xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsi üzrə 1804.83 manat əsas, 377.23 manat faiz borcu və xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsi üzrə 135.37 manat əsas, 46.53 manat faiz borcu vardır. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, həqiqətən onunla İddiaçı ASC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik faiz dərəcəsi 26.9 faiz olmaqla 1950 manat məbləğində kredit verilmişdir. Bundan başqa onunla İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 850 manat məbləğində kredit verilmişdir. O, həmin kredit müqavilələrinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan İddiaçı X2 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 26.9 faiz olmaqla 1950 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 1950 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı X2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 850 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 850 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 26.9 faiz olmaqla 1950 manat məbləğində, xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 850 manat məbləğində kreditlər verilmişdir. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsi üzrə 1804.83 manat əsas, 377.23 manat faiz borcu olmaqla, cəmi 2182.06 manat, xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsi üzrə 135.37 manat əsas, 46.53 manat faiz borcu olmaqla, cəmi 181.90 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsi üzrə 1804.83 manat əsas, 377.23 manat faiz borcu olmaqla, cəmi 2182.06 manat, xx xxxxx 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsi üzrə 135.37 manat əsas, 46.53 manat faiz borcu olmaqla, cəmi 181.90 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1173/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1173/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver