Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1211/2020 14.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2əsi tərəfindən müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh Valədddin oğlundan hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə Şəki rayonu Baş Küngüt kənd icra nümayəndəliyində xx xxxxxx 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Cavabdehlə birgə səmimi ailə münasibətlərindən xx xxxxxxx 2013-cü il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Sonradan ailə münasibətləri pisləşmiş, ünvan 2əsinin 2(075)-598/2017 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikah pozularkən X2 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmış və sabit pul məbləğində Cavabdeh Vəlyəddin oğlundan hər ay 100 (bir yüz) manat alınaraq ona verilməsi qət olunmuşdur. Bir müddət sonra, yəni 2018-ci ildə yenidən alimentin artırılmasına dair ünvan 2əsinə iddia ərizəsi ünvanlamışdır. ünvan 2əsinin qətnanməsinə əsasən 120 (bir yüz iyirmi) manat aliment məbləği təyin edilmişdir. Hazırda müəyyən olunan aliment məbləği uşağın maddi-mənəvi, sosial durumunun, dərs ləvazimatlarının və s. problemlərinin aradan qaldırılmasına kifayət etmir. Uşaq artıq 2-ci sinifə gedir. Uşağın dəftər-kitab ləvazimatı və digər xərcləri gün-bəgün artır. Hazırda uşağı ilə birgə yaşayır, ona kifayət qədər ana qayğısı, nəvazişi göstərir. Bildirdi ki, Cavabdeh Valədddin oğlu daşlardan müxtəlif formalı bəzək işləri (heykəllər, mozaika) görməklə məşğuldur. Onlar Bakı şəhərində yaşayarkən cavabdeh bahalı villalarda həmin işlər görməklə ayda 1500-2000 manat məbləğində gəlir əldə edirdi. Bundan sonra onlar Rusiya Federasiyasında yaşayarkən cavabdeh usta işləri ilə məğul olmaqla ayda 2500-3000 manat gəlir əldə edirdi. Birgə yaşadıqları vaxtlarda cavabdehin maddi vəziyyəti kifayət qədər olmuşdur. Həmçinin cavabdeh məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğini vaxtı-vaxtında ödəmişdir. Hal-hazırda cavabdeh Qazaxıstan Respublikasında yaşayır və orada işləyir. Maddi durumu yaxşıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı, Cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxxx 2013-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Tərəflər arasında olan narazılıqlar səbəbindən nikahları ünvan 2əsinin xx xxx 2017-ci il tarixli, 2(075)-598/2017 saylı qətnaməsi ilə pozulmuş və xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində alimentin alınaraqİddiaçı verilməsi qət edilmişdir. ünvan 2əsinin 2(075)-2218/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat aliment tutulması qət edilmişdir.İddiaçı həmin aliment məbləği ilə xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. İşdə olan ünvan 2əsinin xx xxx 2017-ci il tarixli, 2(075)-598/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şəki rayonu, Baş Küngüt kənd icra nümayəndəliyində xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 20 saylı nikahın pozulması, birə nikahdan olan xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması, xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində alimentin alınaraqİddiaçı verilməsi qət edilmişdir. İşdə olan ünvan 2əsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-2218/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq xx xxxxxxx 2013-cü il təvəllüdlü X1yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı ünvan 2əsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-2218/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan da bir uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 2əsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-2218/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 2əsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-2218/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində ünvan 2əsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1211/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1211/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver