Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1213/2021 13.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 dekabr 2019-cu il tarixli, 200804-696489/2 nömrəli kredit müqaviləsinə əsasən 4984.58 manat əsas, 622.74 manat faiz borcu olmaqla, cəmi 5607.32 manat və 09 dekabr 2019-cu il tarixli, 200892-PC********** nömrəli islehlak kredit müqaviləsinə əsasən 496.4 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 496.4 manat borc olmaqla, ümumilikdə 6103.72 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 13 iyul 2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 200804-696489/2 saylı kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 8000 manat məbləğində kredit verilmişdir. 09 dekabr 2019-cu il tarixli, 200892-PC********** saylı islehlak krediti müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 0 faiz olmaqla 500 manat məbləğində kredit xətti ayrılmışdır. Bundan başqa Müqavilələrin şərtlərinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Hazırda cavabdehin İddiaçı ASC-yə 09 dekabr 2019-cu il tarixli, 200804-696489/2 nömrəli kredit müqaviləsinə əsasən 4984.58 manat əsas, 622.74 manat faiz borcu və 09 dekabr 2019-cu il tarixli, 200892-PC********** nömrəli islehlak kredit müqaviləsinə əsasən 496.4 manat əsas, 0 manat faiz borcu borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 200804-696489/2 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 18 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 8000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 200892-PC********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 0 faiz olmaqla 500 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 200804-696489/2 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 8000 manat məbləğində kredit və 09 dekabr 2019-cu il tarixli, 200892-PC********** saylı islehlak krediti müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 0 faiz olmaqla 500 manat məbləğində kredit xətti ayrılmışdır. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğlərinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilələr üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 dekabr 2019-cu il tarixli, 200804-696489/2 nömrəli kredit müqaviləsinə əsasən 4984.58 manat əsas, 622.74 manat faiz borcu olmaqla, cəmi 5607.32 manat və 09 dekabr 2019-cu il tarixli, 200892-PC********** nömrəli islehlak kredit müqaviləsinə əsasən 496.4 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 496.4 manat borc olmaqla, ümumilikdə 6103.72 manat borc və 30.40 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 dekabr 2019-cu il tarixli, 200804-696489/2 nömrəli kredit müqaviləsinə əsasən 4984.58 manat əsas, 622.74 manat faiz borcu olmaqla, cəmi 5607.32 manat və 09 dekabr 2019-cu il tarixli, 200892-PC********** nömrəli islehlak kredit müqaviləsinə əsasən 496.4 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 496.4 manat borc olmaqla, ümumilikdə 6103.72 manat borc və 30.40 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1213/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1213/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver