Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1216/2021 20.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit kartı müqaviləsi üzrə 14.37 manat əsas, 0 manat faiz, 04 iyun 2018-ci il tarixli, 170GTKR18155002 saylı kredit müqaviləsi üzrə 1654.32 manat əsas, 363.98 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 07 oktyabr 2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, **********01944170 saylı kredit kartına dair müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 300 manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, 170GTKR18155002 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 25.32 faiz dərəcəsi ilə 4250 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Odur ki, bank hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. İİ Qarabağ Müharibəsi başladıqdan sonra könüllü olaraq hərbi xidmətə yollanmış, xəsarət aldığına görə 04 dekabr 2020-ci ildə buraxılmışdır. Döyüşə yollanarkən atasına bildirmişdir ki, hərbi komissarlıqdan arayış alıb İddiaçı ASC-yə təqdim etsin ki, heç olmasa faizlər dayandırılsın. Atası müvafiq arayışı almış və banka təqdim etmişdir. Müharibədən qayıtdıqdan bir müddət sonra ona bankdan zəng gəlmiş, borcunu ödəmədiyinə görə onu məhkəməyə verəcəklərini bildirmişlər. O, müharibədə olduğunu, bu barədə rəsmi sənəd təqdim etdiyini bildirsə də, bankın əməkdaşı buna əhəmiyyət verməmişdir. Sentyabr ayında qalıq borcu 1100 manat, bank əməkdaşı onunla danışarkən 1600 manat, hazırda isə 2000 manatdan çox olmuşdur. Hesab edir ki, bank tərəfindən faizlər dayandırılmalı olsa da, qanunsuz olaraq dayandırılmamışdır. Digər borc isə “BirKart” üzrə hesablanmışdır. Belə ki, o, borcunu ödəyib qurtarmış, bankın əməkdaşı heç bir borcunun qalmadığını bildirmişdir. Lakin daha sonra ona SMS gəlmiş, 14 manat borcu olduğu göstərilmişdir. O, yenidən banka getmiş, bankdan ona kartı bağlamadığı üçün borc yazıldığını bildirmişlər. Hazırda günə 10 manata işləyir. Başqa gəlir yeri yoxdur. Məhkəmədən bütün bunların nəzərə alınmasını, heç olmasa faiz borcunun silinməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, **********01944170 saylı kredit kartına dair müqavilədən görünür ki, Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 300 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, 170GTKR18155002 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 25.32 faiz dərəcəsi ilə 4250 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 4250 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki,»Kapital Bank» ASCilə Cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, **********01944170 saylı və 04 iyun 2018-ci il tarixli, 170GTKR18155002 saylı kredit müqavilələrinə əsasən Cavabdeh kredit verilmişdir. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 04 iyun 2018-ci il tarixli, **********01944170 saylı kredit kartı müqaviləsi üzrə 14.37 manat əsas, 0 manat faiz borcu; 04 iyun 2018-ci il tarixli, 170GTKR18155002 saylı kredit müqaviləsi üzrə 1654.32 manat əsas, 363.98 manat faiz borcu olmaqla, ümumilikdə 2032.67 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 04 iyun 2018-ci il tarixli, **********01944170 saylı kredit kartı müqaviləsi üzrə 14.37 manat əsas, 0 manat faiz borcu; 04 iyun 2018-ci il tarixli, 170GTKR18155002 saylı kredit müqaviləsi üzrə 1654.32 manat əsas, 363.98 manat faiz borcu olmaqla, ümumilikdə 2032.67 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1216/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1216/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver