Məhkəmə qərarları › İş №2(075)-1229/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1229/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1229/2020 10.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh Ehribar qızına qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC Cavabdeh Ehribar qızına qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə341,39 manat əsas, 48,53 manat faiz borcu olmaqla, cəmi 389,92 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh Ehribar qızına qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçı «xxxxxxx» KB ASC Cavabdeh Ehribar qızına qarşı iddia tələbində cavabdeh tərəfindən ödənişlər edildiyinə görə dəyişiklik olmuşdur. Belə ki, cavabdeh borcunu tam olaraq ödəmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İddiaçı S«xxxxxxx» KB ASC-nin nümayəndəsi X1 iş üzrə icraata xitam verilməsi (iddiadan imtina) barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4 -cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X1 əizəsini nəzərə alaraq hesab edir ki, «xxxxxxx» KB ASC-nin Cavabdeh Ehribar qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh Ehribar qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar