Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1239/2020 22.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx xxxxx 2012-ci il təvəllüdlü X2, xx xxxxxx 2016-cı il təvəllüdlü X1 üçün onların yetkinlik yaşlarına çatanadək ilkin aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. Lakin iddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikaha girmişdir. Həmin nikahdan onların iki övladı, xx xxxxx 2012-ci il tarixdə Jasmin, xx xxxxxx 2016-cı il tarixdə isə İgid adlı uşaqları anadan olmuşdur. 2015-ci il tarixdən faktiki olaraq ayrılmışlar. Bundan sonra o, Şəki Rayon Məhkəməsində iddia qaldıraraq hər bir uşaq üçün sabit pul məbləğində 154 manat olmaqla cəmi 308 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1701/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnamə çıxararaq iddianı qismən təmin etmiş və hər bir uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Lakin bu günki bazar qiymətlərinə görə qeyd olunan məbləğ demək olar ki sıfır dərəcəsindədir. Həmin 100 (bir yüz) manat aliment məbləği ilə o, iki azyaşlı uşaqlara baxmaqda çox çətinlik çəkir. Hal-hazırda cavabdeh fərdi əməklə məşğul olur, rəngsaz və mebel ustası kimi daha çox püxtələşmiş, ən çox Bakı şəhərində işləyərək bir ay ərzində cavabdehin qazancı 2500-3000 manatdan da yuxarı olur. Lakin yüksək gəlir əldə etməsinə baxmayaraq, bu günə kimi uşaqlarına əlavə olaraq heç bir maddi köməklik göstərməmişdir. Ona görə də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı, Cavabdeh ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikaha girmişdir. Həmin nikahdan onların xx xxxxx 2012-ci il tarixdə Jasmin, xx xxxxxx 2016-cı il tarixdə isə İgid adlı uşaqları anadan olmuşdur. Tərəflər 2015-ci il tarixdən faktiki olaraq ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 2(075)-1701/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən hər bir uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqlarınıntələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-1701/2018 saylı qətnaməsindən görünür ki, xx xxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-1701/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)- 1701/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-1701/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1239/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1239/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver