Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-124/2022 10.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 100 220 AZN məbləğində pul vəsaitinin və 30.40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 02.08.2010-cu il tarixdən 25.05.2015-ci il tarixədək "xxxx" ASC-nin (bundan sonra - ABB) Şəki filialında Əməliyyat şöbənin baş mütəxəssisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə müştərinin ABB-da yerləşdirilmiş əmanət məbləğini qeyri-qanuni yolla götürərək mənimsəmişdir. Cavabdeh törətdiyi əməllərlə bağlı cinayət təqibi aparılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(091)-5/18 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək, barəsində 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona qəti olaraq 7 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən cinayət əməlləri ilə bağlı cinayət işi çərçivəsində zərərçəkən şəxs qismində tanınmış İbadov X1 qarşı ayrılıqda mülki iddia qaldıraraq Bankda yerləşdirilmiş əmanətlər, faizlər, zərər və həmçinin digər xərclərin ona ödənilməsini tələb etmişdir. Banka qarşı qeyd edilən iddia tələbində əsaslandırma ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdeh hüquqazidd əməlləri ilə bağlı A.İbadovun iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli, 2(006)-6192/2018 saylı qətnaməsinə əsasən A.İbadovun iddia tələbi qismən təmin edilərək 24.09.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 17 000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 26.09.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 34 000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ile), 05.11.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 13 300 AZN və həmin müqavilələr üzrə hesablanan faizlər, hüquqi yardıma görə 200 AZN, həmçinin ödənilmiş 30 AZN dövlət rüsumunun 20 manat hissəsi ABB-dən alınaraq A.İbadova verilməsi qət edilmişdir. Bu qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(103)-7032/2019 saylı qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, ABB-nin apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli, 2(006)- 6192/2018 saylı qətnaməsi “həmin müqavilələr üzrə hesablanan faizlərin tutulması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmişdir. Digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.11.2019-cu il tarixli, 2(102)-6698/2019 saylı qərarına əsasən ABB-nin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən - “həmin müqavilələr üzrə hesablanan faizlərin tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(103)-14949/2019 saylı qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli, 2(006)-6192/2018 saylı qətnaməsi “müqavilələr üzrə hesablanan faizlərin bankdan tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən ABB tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(102)-252/2021 saylı qərarına əsasən ABB-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(103)-14949/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən mülki iddia üzrə qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən Cavabdeh qanunsuz əməlləri ilə iddiaçıya vurulmuş zərər məbləğləri (hər üç əmanət müqaviləsi üzrə bankda yerləşdirilmiş əmanət məbləğləri) Bank tərəfindən ödənilmişdir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi Cavabdeh Banka vurmuş olduğu maddi zərəri Bank A.İbadova qaytarsa da, cavabdeh tərəfindən vurulmuş maddi zərər bu günə qədər Banka ödənilməmişdir. Vurulmuş ziyan Banka ödənilmədiyindən Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh və üçüncü şəxs İbadov Abdulla İbad oğlu məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını, şahidlərin ifadəsini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(091)-5/18 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək, barəsində 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 07 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(006)- 6192/2018 saylı qətnaməsindən görünür ki, İbadov Abdulla İbad oğlunun "xxxx" ASC-yə qarşı iddia tələbi qismən təmin edilərək 24.09.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 17000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 26.09.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 34000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ile), 05.11.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 13300 AZN və həmin müqavilələr üzrə hesablanan faizlər, hüquqi yardıma görə 200 AZN, həmçinin ödənilmiş 30 AZN dövlət rüsumunun 20 AZN hissəsinin "xxxx" ASC-dən alınaraq İbadov Abdulla İbad oğluna verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(103)-7032/2019 saylı qətnaməsindən görünür ki, əsasən İbadov Abdulla İbad oğlunun apellyasiya şikayəti təmin edilməmiş, ABB-nin apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(006)-6192/2018 saylı qətnaməsi “həmin müqavilələr üzrə hesablanan faizlərin tutulması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(102)- 6698/2019 saylı qərarından görünür ki, ABB-nin kassasiya şikayəti təmin edilməmiş, İbadov Abdulla İbad oğlunun kassasiya şikayəti qismən - “həmin müqavilələr üzrə hesablanan faizlərin tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(103)-14949/2019 saylı qətnaməsindən görünür ki, İbadov Abdulla İbad oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(006)-6192/2018 saylı qətnaməsi “müqavilələr üzrə hesablanan faizlərin bankdan tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(102)- 252/2021 saylı qərarından görünür ki, ABB-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(103)-14949/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 18 iyun 2021-ci il tarixli, FJB**********928 saylı kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən İbadov Abdulla İbad oğlunun hesabına məhkəmə qərarına əsasən 100220 (17000 ABŞ dolları+34000 ABŞ dolları+13300 AZN+200 AZN+20 AZN) manat ödəniş köçürülmüşdür. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Cavabdeh 02.08.2010-cu il tarixdən 25.05.2015-ci il tarixədək "xxxx" ASC-nin Şəki filialında Əməliyyat şöbənin baş mütəxəssisi vəzifəsində işləmiş, həmin müddətdə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə müştərinin ABB-da yerləşdirilmiş əmanət məbləğini qeyriqanuni yolla götürərək mənimsəmişdir. Cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair məhkəmə hökmü çıxarılmışdır. Cavabdehin həmin cinayət əməlləri ilə bağlı cinayət işi çərçivəsində zərərçəkən şəxs qismində tanınmış, hazırkı iş üzrə üçüncü şəxs İbadov X1 qarşı ayrılıqda mülki iddia qaldıraraq Bankda yerləşdirilmiş əmanətlər, faizlər, zərər və həmçinin digər xərclərin ona ödənilməsini tələb etmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra bank tərəfindən İbadov Abdulla İbad oğlunun hesabına 100220 manat ödəniş köçürülmüşdür. İddiaçı əmək vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəmiş və həmin şəxsə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. İddianın nümayəndəsi müdafiə edir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(006)-6192/2018 saylı qətnaməsi ilə 24.09.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 17000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 26.09.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 34000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ile), 05.11.2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 13300 AZN və həmin müqavilələr üzrə hesablanan faizlər, hüquqi yardıma görə 200 AZN, həmçinin ödənilmiş 30 AZN dövlət rüsumunun 20 AZN hissəsinin "xxxx" ASCdən alınaraq İbadov Abdulla İbad oğluna verilməsi qət edilmişdir ki, həmin maddi ziyan Cavabdeh 02.08.2010-cu il tarixdən 25.05.2015-ci il tarixədək "xxxx" ASC-nin Şəki filialında Əməliyyat şöbənin baş mütəxəssisi vəzifəsində işləyərkən əmək vəzifələrinin icrası zamanı vurduğu ziyandır. Həmin ziyan "xxxx" ASC tərəfindən 100220 manat məbləğində tam şəkildə ödənilmişdir. Odur ki, Cavabdeh vurduğu zərərin əvəzini İbadov Abdulla İbad oğluna tam şəkildə ödəmiş olan iddiaçı "xxxx" ASC-nin cavabdehdən ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 100 220 (bir yüz min iki yüz iyirmi) manat pul vəsaiti və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq cavabdeh "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 100 220 (bir yüz min iki yüz iyirmi) manat pul vəsaiti və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-124/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-124/2022
10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver