Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1244/2020 29.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1401.49 manat əsas, 199.75 manat faiz və 376.83 manat cərimə borcu olmaqla, cəmi 1978.07 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 007L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 007R********** saylı kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxx 2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Şabanov X2 Azad Azər oğlunun bank qarşısında xx xxxx 2019-cu il tarixli, 007L**********15 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə banka ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Hazırda cavabdehlərin İddiaçı QSC-yə 1401.49 manat əsas, 199.75 manat faiz və 376.83 manat cərimə borcu vardır. Məhkəmə iclasında İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən İddiaçı QSC ilə arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 007L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 007R********** saylı kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxx 2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 onun bank qarşısında xx xxxx 2019-cu il tarixli, 007L**********15 saylı kredit razılaşması üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. O, həmin kredit müqavilələrinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Qanuni qətnamə çıxarılmasını, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı X3 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019cu il tarixli, 007L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı X3 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019cu il tarixli, 007R********** saylı kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı X3 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019cu il tarixli, 007S**********03 saylı zaminlik müqaviləsinə əsasən zamin Şabanov X2 Azad Azər oğlunun bank qarşısında xx xxxx 2019-cu il tarixli, 007L**********15 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 götürdüyü 2000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 007R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxx 2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 376.83 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli, 007L**********15 saylı kredit müqaviləsi üzrə 1401.49 manat əsas, 199.75 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 1474.73 manat borc və 30 manat dövlət rüsumu müştərək qaydada tutulmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddianın Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1244/2020 nömrəli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 007R********** saylı kredit razılaşması üzrə 1401.49 manat əsas, 199.75 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 1621.24 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddianın Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1244/2020 nömrəli qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1244/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1244/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver