Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-125/2021 12.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə 701,92 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna hesablanmış 1228,23 ABŞ dolları faiz, 3043,39 ABŞ dolları cərimə, 109,10 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 5082,64 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmə iclasında göstərdi ki, xx.xx.2014-cü il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh “İddiaçı'' ASC tərəfindən 24 ay müddətinə, 31 faizlə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. 05.03 2015-ci il tarixli əlavə sazişə əsasən, kreditin qalıq məbləği 3079 ABŞ dolları müəyyən edilmiş və müddəti xx.xx.2017-cı il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 31.08 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 701,92 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna hesablanmış 1228,23 ABŞ dolları faiz, 3043,39 ABŞ dolları cərimə, 109,10 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 5082,64 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən ona 24 ay müddətinə, 31 faizlə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcunun əsas hissəsini ödəmiş, ödənilməmiş cuzi borcu qalmışdır. Lakin iddiaçının hazırki tələbi həqiqəti əks etdirmədiyindən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş və ekspert rəyi məhkəməyə daxil olmuşdur. Hazırda ekspertiza rəyini qəbul etmir. İddia tələbini əsas və faiz borcu hissəsində qəbul edir, qalan hissədə isə qəbul etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X3 24 ay müddətinə illik faiz dərəcəsi 31% olmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 3500 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 701,92 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna hesablanmış 1228,23 ABŞ dolları faiz, 3043,39 ABŞ dolları cərimə, 109,10 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 5082,64 ABŞ dolları məbləğində borc yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/5608 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh Ləğv Prosesində olan İddiaçı ASC-yə xx xxxxxx 2020-ci il tarixə 2388,99 ABŞ dolları məbləğində əsas borc, 3019,64 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 5408,63 ABŞ dolları borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* kredit müqaviləsinə əsasən Cavabdeh “İddiaçı'' ASC tərəfindən 24 ay müddətinə, 31 faizlə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı Ləğv prosesində olan “İddiaçı'' ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 3043,39 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İddiaçı Ləğv prosesində olan “İddiaçı'' ASC Cavabdeh 701,92 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna hesablanmış 1228,23 ABŞ dolları faiz, 3043,39 ABŞ dolları cərimə, 109,10 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 5082,64 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə mühasibalıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5608 saylı rəyi ilə Cavabdeh Ləğv prosesində olan “İddiaçı'' ASC-yə olan əsas borcunun 2388,99 ABŞ dolları məbləğində əsas borc, 3019,64 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 5408,63 ABŞ dolları olması müəyyən edilmişdir. Məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəylə müəyyən olunan borc məbləği iddia tələbində göstərilən məbləğdən çox olması müəyyən edilmişdir. İddiaçı iddia tələbini müdafiə etmişdir. Buna görə də məhkəmə iddia tələbində göstərilən məbləği daha əsaslı hesab edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı “İddiaçı'' ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də ləğv prosesində olan “İddiaçı'' ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh ləğv prosesində olan “İddiaçı'' ASC-nin xeyrinə qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 701,92 ABŞ dolları əsas borc, 1228,23 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2030,15 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 3043,39 ABŞ dolları cərimə tələbinin 2943,39 ABŞ dollarına dair hissəsi təmin edilməməlidir. İddia qalan hissədə təmin edilməməlidir. 145 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X4 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 701,92 ABŞ dolları əsas borc, 1228,23 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2030,15 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 145 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X4 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-125/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-125/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver