Məhkəmə qərarları › İş №2(075)-1250/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1250/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1250/2020 02.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, eyi zamanda Cavabdeh3 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” ASC iddia ərizəsi iləməhkəməyəmüraciətedərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 6394.04 ABŞ dolları əsas, 1038.64 ABŞ dolları faiz borcunun, cəmi 7432.68 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank ona 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərmişdir ki, kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.Cavabdeh1 bu öhdəliyini pozmuşdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Həmçinin göstərmişdir ki, bundan əvvəl, yəni 2015-ci ilin noyabr ayında kreditor İddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək borclular Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 9881,71 ABŞ dolları əsas və 1863,82 ABŞ dolları faiz borcunun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə verilməsi xahiş edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)- 6679/2015 saylı əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh1 həmin məhkəmə əmrindən etiraz verdiyindən məhkəmə əmri ləğv olunaraq mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx xxxxxx 2016-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı ərizə məhkəməyə ərizə təqdim edərək əlavə sübutlar toplanması zərurəti yarandığından işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-239/2016 saylı qərardadı ilə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan başqa İddiaçı hazırki cavabdehlərə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə 2019-cu ilin fevral ayında da məhkəməyə müraciət etmiş, lakin Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-841/2019 saylı qərardadı ilə MPM-nin 259.0.6-cı maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmışdır. Əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə axırıncı ödənişini dəfə xx xxxxxxxx 2015-ci il tarixdə 94.99 ABŞ dolları olmaqlan ödəniş etmişdir. Həmin tarixdən sonra cavabdehlər tərəfindən banka hər hansı ödəniş edilməmişdir. Həmçinin göstərmişdir ki, iddia müddətinin şamil edilməsi barədə cavabdehin göstərdiklərini qəbul etmir. Belə ki, hesab edir ki, bank iddia müddətini ötürməmişdir. İddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank ona 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında onun zaminləri olmuşlar. Göstərmişdir ki, 2015-ci ildə işlədiyi Şəki bazarı yandığından kredit müqaviləsi üzrə ödənişlər edə bilməmişdir. Axırıncı ödənişini təxminən 2015-ci ilin payız aylarında etdiyini xatırlayır. Müqavilə üzrə ödənişlər edə bilmədiyindən Bank 2015-ci ildə kreditor ərizə ilə məhkəməyə müraciət edilərək ondan və Cavabdeh2 müştərək qaydada 9881,71 ABŞ dolları əsas və 1863,82 ABŞ dolları faiz borcunun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə verilməsi xahiş edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-6679/2015 saylı əmri ilə ərizə təmin edilmişdir. O, həmin məhkəmə əmrindən etiraz verdiyindən məhkəmə əmri ləğv olunaraq mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx xxxxxx 2016-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı ərizə məhkəməyə ərizə təqdim edərək əlavə sübutlar toplanması zərurəti yarandığından işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-239/2016 saylı qərardadı ilə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Daha sonra 2019-cu ildə İddiaçı onlara qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-841/2019 saylı qərardadı ilə də mülki iş baxılmamış saxlanılmışdır. Əlavə olaraq göstərmişdir ki, krediti götürdükdən sonra həmin kredit məbləği üzrə İddiaçı-nin hesabına sonuncu dəfə 2015-ci ildə 94.99 ABŞ dolları ödəniş aparmışdır. Həmin tarixdən sonra Banka heç bir ödəniş etməmişdir. Bütün bunlar bank tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından və ödəniş qəbzlərindən də aydın görünür. O,banka sonuncu dəfə 2015-ci ildə 94,99 ABŞ dolları ödəniş etmiş, həmin tarixdən iddiaçının məhkəmədə iddia qaldırdığı xx xxxxxx 2020-ci il tarixinə qədər 5 ildən artıq müddət keçmişdir. Beləliklə də bank tərəfindən hazırkı tələb üzrə iddia müddəti ötürülmüşdür. Məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, eyi zamanda Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Göstərmişdir ki, Cavabdeh1 onun yaxın dostu olduğundan bacısı Cavabdeh2 ilə birlikdə Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə o, xx.xx.2014-cü il tarixli kredit sazişinin zaminliyə dair hissəsini imzalamış və bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Cavabdeh1 zamin durmasına baxmayaraq iddiaçı tərəfindən zaminlik müqaviləsinin müddəti bitdikdən sonra bir il müddətində məhkəməyə müraciət etməli olduğu halda, bank tərəfindən qeyd olunan müddət ötürüldükdən sonra məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iddiaçı ondan və digər zamin olan Cavabdeh2 ödənilməmiş kredit borcunu tələb etməkdə haqlı deyildir. Bu səbəbdən də iddianı qəbul etmirlər. İddianın ona və Cavabdeh2 dair hissəsinin zaninlik müqaviləsinə xitam verilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin iddiaçı hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Cavabdehlər tərəfindən kredit borcunun tam şəkildə ödənilməməsini əsas gətirən iddiaçı iddianı müdafiə edir. Cavabdeh1 isə kredit müqaviləsi imzalanaraq kredit məbləği götürülməsinə baxmayaraq iddiaçı tərəfindən vaxtında iddia tələbinin irəli sürülmədiyini əsas gətirərək iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə iddiaçı tərəfindən zaminlik müqaviləsinin müddəti bitdikdən sonra bir il müddətində məhkəməyə müraciət etməli olduğu halda, bank tərəfindən qeyd olunan müddət ötürüldükdən sonra məhkəməyə müraciət etdiyindən iddianın onlara dair hissəsinin zaninlik müqaviləsinə xitam verilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İşdə olan xx.xx.2014-cü il tarixli Kredit sazişi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 İddiaçı iləhəmin müqaviləni imzalamış, kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinə görə zaminlik müqaviləsini imzalamışlar. Bu hal məhkəmə iclasında mübahisələndirilməmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı-nə 6394,04 ABŞ dolları əsas, 1038,64 ABŞ dolları faiz borcu vardır. İşdə olan ödəniş cədvəlindən və ona əlavə edilmiş borclu haqqında məlumatdan görünür ki, oğlu Cavabdeh1 axırıncı dəfə Banka xx xxxxxxxx 2015-ci il tarixdə 94,99 ABŞ dolları ödəniş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-6679/2015 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9881,71 ABŞ dolları əsas və 1863,82 ABŞ dolları faiz borcu əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzəbbəsi ilə və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə verilməsi əmr edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-239/2016 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-841/2019 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia Cavabdeh1 münasibətdə iddia müddəti ötürülməsi əsasına, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə isə iddianın onlara dair hissəsinin zaminlik müqaviləsinə xitam verilməsi əsasına görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Məhkəmə tərəfindən İddiaçı-yə cavabdehlər tərəfindən son ödəmə məlumatlarının təqdim edilməsi təklif olunmuş və iddiaçı mövcud mülki işlə bağlı məhkəməyə maliyyə arayışını və cavabdeh tərəfindən edilən ödəmə məlumatlarını məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim erdilən maliyyə arayışından və ödəmə məlumatlarında Cavabdeh1 tərəfindən arxırıncı dəfə xx xxxxxxxx 2015-ci il tarixdə onun 94.99 ABŞ dolları ödəniş etdiyi öz əksini tapır. Zaminlər tərəfindən isə banka hər hansı ödəniş edilməmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən xx.xx.2015-ci ildən sonra keçən təxminən 5 il müddət ərzində cavabdeh Banka ödəniş etməmişdir. xx xxxxxxxx 2015-ci il tarixdə banka 94.99 ABŞ dolları ödəniş edilməsini məhkəmə iclasında cavabdehin özü də qəbul edir, lakin həmin vaxtdan sonra banka ödəniş etmədiyini bildirir. İddiaçı isə həmin tarixdən sonra cavabdehlər tərəfindən ödənişlərin edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi Cavabdeh1 banka axırıncı dəfə etdiyi xx.xx.2015-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2020-ci il tarixinədək təxminən 5 il müddət, həmçinin kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2020-ci il tarixinədək təxminən isə 4 illik bir müddət keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 kredit borcunu tələb etməkdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X4 Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi bank xx xxxxxxxx 2019-cu il tarixə kimi Cavabdeh1 qarşı iddia tələbi irəli sürməli olduğu halda həmin müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdeh iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlərlə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsi əsasında zaminlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımışlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı iddia tələbində borcun zaminlər Cavabdeh2 və Cavabdeh3 da borcun tutulmasını xahiş etsə də, Azərbaycan Respubikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi kredit sazişi İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək imzalanmışdır. Həmin kredit sazişinin zaminliyinə dair hissəsi isə zaminlər tərəfindən imzalanmışdır. zaminlər Cavabdeh2 və Cavabdeh3 təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı xx.xx.2016-cı il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixədək təxminən 4 il müddət keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı zaminlik müqaviləsinin müddəti olan xx.xx.2016-cı il tarixdən 1 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı bu müddəti təxminən 3 il ötürmüşdür. Yəni iddiaçı cavabdehlər olan zaminlərə qarşı məhkəməyə vaxtında müraciət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə 3 illik iddia müddəti ötürülməsi əsasına, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə isə iddianın onlara dair hissəsinin zaminlik müqaviləsinə xitam verilməsi əsasına görə rədd edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 6394.04 ABŞ dolları əsas, 1038.64 ABŞ dolları faiz borcunun, cəmi 7432.68 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasıtələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu iddiçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 6394.04 ABŞ dolları əsas, 1038.64 ABŞ dolları faiz borcunun, cəmi 7432.68 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar