Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1254/2020 30.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı xxx etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı xxx Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2002-ci il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxx 2004-cü il tarixdə X7 və xx xxxxxx 2008-ci il tarixdə X6 adlı övladları olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)-1703/2011 saylı qətnaməsi ilə xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən 9 ilə yaxın müddət ərzində himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı xxx etibarnamə üzrə nümayəndəsi X4iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, həqiqətən də iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı ilə birgə nikahlarından xx xxx 2004-cü il tarixdə X7 və xx xxxxxx 2008-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin iddiaçıya verilməsi qət edilmişdir. 2012-ci ildə məhkəmə hökmü ilə 1 il 6 ay müddətinə, 2017-ci ildə isə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilmişdir. İkinci dərəcə əlilliyi olduğuna görə hər ay 130 manat müavinət alır və ağır işlərdə işləyə bilmir. Əlavə iş yeri və gəliri yoxdur. Bundan başqa yenidən nikaha daxil olmuşdur və həmin nikahdan da bir uşağı var. Həmçinin, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)-1703/2011 saylı qətnaməsi ilə də 10500 manat məbləğində yığılmış aliment borcu vardır ki, onu da ödəyə bilmir. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Lakin keçən müddət ərzində maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı ilə Cavabdeh birgə nikahlarından xx xxx 2004-cü il tarixdə X7 və xx xxxxxx 2008-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X7 və X2 tələbatlarının ödənilməsinin mümkünsüz olması, uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə xxx arasında xx xxxxxx 2002-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 anaları xxx yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutularaq İsmayılova (Hacıyeva) Təranə Əlikram qızına verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə İsmayılova (Hacıyeva) Təranə Əlikram qızıdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İİ dərəcə əlildir. İşdə olan DMSF-nin Şəki şəhər fialialı tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İİ dərəcə əlilliyə görə 130 manat müavinət alır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2016-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X3r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, xxx Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xxx xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh iddianı qəbul etməyərək maddi vəziyyətində dəyişiklik olmadığını qeyd etsə də, məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə alimentin təyin edilməsindən 9 ilə yaxın müddət keçmişdir. Bundan başqa 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilsə də, məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı mülki dövriyyə şəraitində 50 manatla uşağın çox cüzi tələblarının ödənilməsi mümkündür. Həmçinin, cavabdeh yenidən nikaha daxil olmuşdur və bu nikahdan da bir uşağı var. Göründüyü kimi Cavabdeh maliyyə vəziyyəti ailə saxlamaq üçün lazımı səviyyədədir və onun məhkəmə iclasında dedikləri iddianın rəddinə yönəlməklə ağlabatan hesab edilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat aliment tutularaq İsmayılova (Hacıyeva) Təranə Əlikram qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1254/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1254/2020
30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver