Məhkəmə qərarları › İş №2(075)-1257/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1257/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1257/2020 10.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı BOKT «xxxxxxxxxx» QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxxxx» QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, X3 Təşkilatı “Embafınans” X1 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 082-EMB- 0961-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu 645.92 manat (Altı yuz qırx beş manat 92 qəpik), faiz borcu 0.00 manat (Sıfır manat 00 qəpik), cərimə borcu 14.40 manat (On dord manat 40 qəpik), 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 690.72 manat (Altı yüz doxsan manat, 72 qəpik) borcun Cavabdeh X3 Təşkilatı “Embafınans” X2 xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, xx xxxxxxxx 2019-cu il tarixində X3 Təşkilatı “xxxxxxxxxx’' X1 ilə Cavabdeh arasında 082-EMB-0961-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh faizsiz 12 ay müddətinə 971 (doqquz yüz yetmiş bir) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə əsas borcu 645.92 manat (altı yuz qırx beş manat 92 qəpik), faiz borcu 0.00 manat (sıfır manat 00 qəpik), cərimə borcu 14.40 manat (on dord manat 40 qəpik) umumi borcu 660.32 manat (altı yuz altmış manat 32 qəpik) qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli xx xxxxxxxx 2019-cu il tarixli, 082-EMB- 0961-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 645.92 manat (altı yuz qırx beş manat 92 qəpik) əsas borc, 14.40 manat (on dord manat 40 qəpik) cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, ümumilikdə 690.72 manat (altı yüz doxsan manat, 72 qəpik) borc Cavabdeh tutularaq BOKT «xxxxxxxxxx» QSC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxxxx 2019-cu il tarixli, 082-EMB- 0961-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 645.92 manat (altı yuz qırx beş manat 92 qəpik) əsas borc, 14.40 manat (on dord manat 40 qəpik) cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, ümumilikdə 690.72 manat (altı yüz doxsan manat, 72 qəpik) borc Cavabdeh tutularaq BOKT «xxxxxxxxxx» QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar