Məhkəmə qərarları › İş №2(075)-1261/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1261/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1261/2020 24.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı-nin nümayəndəsi X1, Cavabdehlər: Cavabdeh4 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, bоrclu Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndаn müştərək qaydada kreditоr İddiaçı-nin xeyrinə 5879,23 ABŞ dolları əsas borc, 1957,46 ABŞ dolları faiz borcu və 587,92 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8424 ABŞ dolları 61 sent məbləğində borc əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 mаnаt məbləğində ödənilmiş dövlət rüsumunun tutumаsı bаrədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə təmin edilərək Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı il tarixli, 2(075)-7736/2016 saylı əmri ilə təmin edilmiş, əmrin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Cavabdeh4 məhkəmə əmrinə etiraz təqdim etdiyindən Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı il tarixli, 2(075)-7736/2016 saylı məhkəmə əmri xx xxxxxx 2020-ci il tarixdə ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı-nin nümayəndəsi X2 iddia tələbini qismən müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmə iclasında göstərdi ki, Cavabdeh4 İddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 07L000004255 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit xətli açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 07R000008827 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20 000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətli müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. xx xxxx 2016-cı il tarixdə iddiaçı bank ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan banka olan kredit borclarının tutulmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(075)-7736/2016 saylı məhkəmə əmri ərizə təmin edilmiş və icraya yönəldilmişdir. Mülki iş icraatda olan zaman icra məmurunun qərarı ilə Cavabdeh4 pensiyasından bankın xeyrinə tutulmalar aparılmış, buna görə də hazırda cavabdehlərin banka 4552,54 ABŞ dolları əsas, 288,89 ABŞ dolları faiz, 918,49 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 5759,92 ABŞ dolları kredit borcları qalmışdır. Bu hal məhkəməyə təqdim etdiyi maliyyə arayışından da məlum olur. İddianı müdafiə edir. Cərimə məbləğinin azaldılmasına etiraz etmir. İddianın maliyyə arayışında göstərilən miqdarda təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh4 izahatında göstərdi ki, ona İddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 07L000004255 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit xətli açılmışdır. Kredit xətti müqaviləsi üzrə onun İddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 07R000008827 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı bank ərizə ilə məhkəməyə müraciət edərək, onlardan banka olan kredit borclarının tutulmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(075)-7736/2016 saylı məhkəmə əmri ərizə təmin edilmiş və icraya yönəldilmişdir. Mülki iş icraatda olan zaman icra məmurunun qərarı ilə onun pensiyasından bankın xeyrinə tutulmalar aparılmışdır. Lakin həmin tutulmalar aparılsa da onun banka olan borcundan lazımi miqdarda pul məbləği silinməmişdir. Göstərdi ki. pensiyaçıdır, heç bir yerdə işləmir. Hazırda bankın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilən 4552,54 ABŞ dolları əsas, 288,89 ABŞ dolları faiz borcu ilə razıdır, lakin cərimə hissəsində ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 07L000004255 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh4 60 ay müddətinə 40000 (qırx min) ABŞ dolları kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Mülki işdə olan İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 07R000008827 saylı kredit razılaşması kredit razılaşmasından görünür ki, sonuncuya aylıq faiz dərəcəsi 2,1667% olmaqla 18 ay müddətinə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20 000 ABŞ dolları kredit verilmişdir. Mülki işdə olan xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh4 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Mülki işdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 İddiaçı-nə xx.xx.2014-cü il tarixli 07R000008827 saylı kredit razılaşması üzrə 4552,54 ABŞ dolları əsas, 288,89 ABŞ dolları faiz, 918,49 ABŞ dolları cərimə olmaqla, cəmi 5759,92 ABŞ dolları borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.2, 472.1, 739 və 741-ci maddələrinin tələblərinin əsas götürmüşdür. Zaminlərlə İddiaçı arasında bağlanmış zaminlik müqavilələri əsasında zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 465.2 və 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasubsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı-nin hazırkı iddia tələbinin 918,49 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin Cavabdeh4 ödənilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2Cavabdeh4 tərəfindən kredit və zaminlik müqavilələrinin şərtlərinə tam şəkildə əməl edilməmişdir. Bu səbəbdən də İddiaçı ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4552,54 ABŞ dolları məbləğində əsas kredit borcu, 288,89 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4851,43 ABŞ dolları borc Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-nin hesabına ödənilməli, tənasübsüz dərəcədə yüksək hesablandığından 918,49 ABŞ dolları cərimə tələbinin 908,49 ABŞ dollarına dair hissəsi təmin edilməməlidir. Həmçinin iddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq 10 manatı dövlət büdcəsinə, 20 manatı isə İddiaçı-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-cımaddələrinin tələblərinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 4552,54 ABŞ dolları məbləğində əsas kredit borcu, 288,89 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4851,43 ABŞ dolları borc Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq İddiaçı-nin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq 10 manatı dövlət büdcəsinə, 20 manatı isə İddiaçı-nin hesabına ödənilsin. Qətnamədən, surəti alındığı vaxtdan 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar