Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1270/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35040 manat, 24000 ABŞ dolları, 267537.84 rubl və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq MPM-nin 259.0.7-ci maddəsinə əsasən mülki iş üzrə məhkəmə prosesi davam etdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qohumu Cavabdeh 2015-ci ildə ona müraciət edərək borca pul verməyimi xahiş etmişdir. Cavabdeh həmin borc pul məbləği ilə ev alacağını və həmin evi kirayəyə verib kirayə pulu ilə borcunu qaytaracağını bildirmişdir. Buna görə də cavabdehlə xx xxxxx 2015-ci il tarixdə borc müqaviləsi bağlamışdır. Cavabdeh borc məbləğini tələb olunduğu andan 3 (üç) ay ərzində geri qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh borc pulun bir hissəsini bank vasitəsi ilə öz adından göndərmişdir. Bir hissəsini isə yanında işləyən bacısı oğlu X1 vermiş və o da bank vasitəsilə Cavabdeh göndərmişdir. O, bank vasitəsilə Cavabdeh xx xxx 2015-ci il tarixdə 5000 ABŞ dolları, xx xxxx 2016-cı il tarixdə 5000 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə 67537.4 rubl, xx xxxxxx 2019-cu il tarixdə 200000 rubl məbləğdə pul göndərmişdir. Bacısı oğlu X2 isə bank vasitəsi ilə cavabdehə xx xxxx 2016-cı il tarixdə 5000 ABŞ dolları, xx xxx 2017-ci il tarixdə 4000 ABŞ dolları, xx xxxx 2017-cı il tarixdə 5000 ABŞ dolları məbləğdə pul göndərmişdir. Bundan başqa cavabdehə razılıq vermişdir ki, ünvan 1 ünvanında və ünvan 2 ünvanında yerləşən ona məxsus 69 nömrəli və 2318 nömrəli mənzilləri kirayəyə versin, həmin kirayə pullarını borca özünə götürsün. Cavabdeh ünvan 1 ünvanında yerləşən ona məxsus 69 nömrəli mənzili aylıq kirayə haqqı 380 manat olmaqla kirayəyə vermişdir. Həmin mənzilin xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2020-ci il tarixlərdə kirayəsindən 48 aylıq, yəni 18240 manat məbləğində kirayə haqqını cavabdeh özünə götürmüşdür. Eyni zamanda ünvan 2 ünvanında yerləşən ona məxsus 2318 nömrəli mənzili aylıq kirayə haqqı 350 manat olmaqla kirayəyə vermişdir. Həmin mənzilin də xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2020-ci il tarixlərdə kirayəsindən 48 aylıq, yəni 16.800 manat məbləğində kirayə haqqını özünə götürmüşdür. Cavabdehin ümumilikdə ona 35040 manat, 24.000 ABŞ dolları, 267537.84 rubl məbləğində borcu mövcuddur. O, dəfələrlə cavabdehə borcun qaytarılması barədə müraciət etmişdir. Bu barədə tez-tez danışıqları olmuş, lakin etdiyi müraciətlərin və danışıqların heç bir nəticəsi olmamışdır. Bu günə kimi hələ də ona heç bir ödəniş edilməmiş və borc qaytarılmamışdır. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərdi ki, həqiqətən də İddiaçı 35040 manat, 24000 ABŞ dolları və 267537.84 rubl borcu vardır. Borcunu qısa müddətdə ödəyəcəkdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxx 2015-ci il tarixli borc müqaviləsindən görünür ki, Rəhimov X3 Vüqar Şəmil oğluna müxtəlif valyutalarda hissə-hissə, heç bir faiz tələb etmədən borc verməyi, Cavabdeh isə borcu 3 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxx 2020-ci il tarixli üzləşmə aktında görünür ki, Cavabdeh İddiaçı xx xxxxx 2020-ci il tarixə 32120 manat, 24000 ABŞ dolları və 267537.84 rubl borcu olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında cavabdehin izahatı nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı mütəlif vaxtlarda cəmi 35040 manat, 24000 ABŞ dolları və 267537.84 rubl borc almış, lakin bugünədək borcunu ödəməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi izahatına və iddia ərizəsinə əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək, onları borcun etirafı kimi qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, ərizəyə əlavə edilmiş rüsum qəbzi İddiaçı tərəfindən deyil, X6 tərəfindən ödənilmişdir. Lakin ərizəyə X4 İddiaçı adından iddia ərizəsi üzrə müvafiq ödənişləri həyata keçirməyə səlahiyyəti olduğunu təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Odur ki, iş materiallarına əlavə edilmiş rüsum qəbzi İddiaçı tərəfindən ödənilmədiyindən 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 35040 manat, 24000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və 267537.84 rubl (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1270/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1270/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver