Məhkəmə qərarları › İş №2(075)-1272/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1272/2020

26.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1272/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, X1 Cavabdeh qarşı “İbrahimkənd Bələdiyyəsinin mülkiyyətində, Fazil kəndində yerləşən 3.5 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin zəbt etdiyi ərazilərin boşaldılması, örüş sahəsinin ortasından qazdırdığı kanalın doldurulması, su kanalının əvvəlki yerindən bərpa edilməsi, örüş və pay torpaq sahələrinə sakinlərin sərbəst şəkildə çıxışının bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İbrahimkənd Bələdiyyəsinin mülkiyyətində, Fazil kəndində yerləşən 3.5 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin zəbt etdiyi ərazilərin boşaldılması, örüş sahəsinin ortasından qazdırdığı kanalın doldurulması, su kanalının əvvəlki yerindən bərpa edilməsi, örüş və pay torpaq sahələrinə sakinlərin sərbəst şəkildə çıxışının bərpa edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxxx 2020-ci il tarixə saat 11:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx xxxxxxx 2020-ciil tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ X2 izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Cavabdeh qarşı “İbrahimkənd Bələdiyyəsinin mülkiyyətində, Fazil kəndində yerləşən 3.5 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin zəbt etdiyi ərazilərin boşaldılması, örüş sahəsinin ortasından qazdırdığı kanalın doldurulması, su kanalının əvvəlki yerindən bərpa edilməsi, örüş və pay torpaq sahələrinə sakinlərin sərbəst şəkildə çıxışının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. X2 izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar