Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1287/2020 17.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı «xxxxxxxx» ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxx» ASC-nin xeyrinə xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 143.45 manat əsas, 34.92 manat faiz, 75.23 manat cərimə və kredit müqaviləsi üzrə xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.85 manat əldən çıxmış fayda olmaqla, cəmi 254.45 manat borc və 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik faiz dərəcəsi 40 faiz olmaqla 313 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit təşkilatı tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. «FİNtrend» BOKT ilə «xxxxxxxxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli, xx xxx 2018-ci il tarixli müqaviləyə xx xxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə saziş ilə «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxxxxxx» İKB ASC-yə ötürülmüşdür. İddiaçı tərəfdən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdehnın «xxxxxxxx» ASC-yə 143.45 manat əsas, 34.92 manat faiz, 75.23 manat cərimə və kredit müqaviləsi üzrə xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.85 manat əldən çıxmış fayda vardır. Azərbaycan Respublikasının MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 143.45 manat əsas, 34.92 manat faiz, 75.23 manat cərimə və kredit müqaviləsi üzrə xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.85 manat əldən çıxmış fayda olmaqla, cəmi 254.45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq «xxxxxxxx» ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxxxxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 143.45 manat əsas, 34.92 manat faiz, 75.23 manat cərimə və müqavilə üzrə xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.85 manat əldən çıxmış fayda olmaqla, cəmi 254.45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq «xxxxxxxx» ASCyə ödənilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxxxxxx» ASC-yə ödənilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılmasının qərara alınması nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1287/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1287/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver