Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1288/2020 01.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə 313,42 manat əsas, 724,68 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43,88 manat borc, ümumilikdə 1082,98 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 göstərdi ki, xx.xx.2014-cü il tarixli, 69978947 saylı kredit müqaviləsinə əsasən Cavabdeh “İddiaçı" ASC tərəfindən illik 27%-lə 36 ay müddətinə 313,42 manat məbləğində kredit verilmişdir. Maliyə arayışına əsasən müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan “İddiaçı" ASC-yə 313,42 manat əsas, 724,68 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43,88 manat borc, ümumilikdə 1082,98 manat məbləğində borcu vardır. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərman imzalanmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən həmin Fərmanın təsiri altına düşən müqavilələr üzrə siyahıda olan borclulara 2019-cu ilin dekabr ayının sonlarınadək xəbər göndərilərək onlara yeni müqavilələrin bağlanması təklif edilmişdir. Lakin, Ləğv prosesində olan İddiaçı ASC-nə göndərilmiş siyahıda Cavabdeh adı olmadığından ona bununla bağlı müraciət edilməmişdir. Artıq, həmin Fərmanın tətbiqi xx xxxxxx 2019-cu il tarixdə başa çatmışdır. Göstərdi ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanına əsasən cavabdehin kredit borcu restrukturizasiya olunmuş və bu məbləğ 300 manat müəyyən olunmuşdur. Lakin cavabdeh xx.xx.2020-ci il tarixdə iddia tələbində göstərilən 313,42 manat əsas borc üzrə 314 manatı ləğv prosesində olan İddiaçı ASC-nə ödəmişdir. Müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehləriniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Problemli kreditlərin kompensasiyası məlumatlarından görünür ki, hazırkı kredir müqaviləsi üzrə Cavabdeh restrukturizasiya olunmuş məbləğ 300 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil elanından görünür ki, Cavabdeh 314 manatı ləğv prosesində olan İddiaçı ASC-nə ödəmişdir. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki,Azərbaycan Respublikasının Maliyyə X4 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Azərbaycan Respublikası Maliyyə X2 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında xx xxxx 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, iddia ərizəsi baxılmamış saxlanılır. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASCcavabdehlə arasında bağlanmış kredit müqaviləsinə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının şamil edilmədiyini bildirsə də, bunun səbəbləri ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmiş, o cümlədən iddiaçı bank tərəfindən iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanları araşdırılmadan işə mahiyyəti üzrə baxılması tələb edilmişdir. Həmçinin işdə olan sənədlər, həmçinin iddiaçının izahatları ilə də müəyyən olunur ki, cavabdeh xx.xx.2020-ci il tarixdə iddia tələbində göstərilən 313,42 manat əsas borc üzrə 314 manatı ləğv prosesində olan İddiaçı ASC-nə ödəmişdir. Azərbaycan Respublikası Maliyyə X2 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında xx xxxx 2019-cu il tarili Qaydalarının 4.5-ci maddəsinə əsasən bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. Həmin Qaydaların 6.15-ci maddəsinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Həmin Qaydaların 6.17-ci maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Qeyd edilən Qaydaların 6.16-cı maddəsində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığı qeyd edilsə də, həmin normada Fərmanın icrası olaraq kredit təşkilatları tərəfindən əvvəlki kredit müqaviləsinə xitam verilməsi və yeni müqavilənin bağlanması istisna edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin hazırki vəziyyətdə işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi proseduruna əməl etmək üçün bu qaydanı tətbiq etmək imkanını itirməmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, baxılmamış saxlanılma əsasları aradan qalxdıqdan sonra yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməlidır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263, 264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1288/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1288/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver