Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-129/2021 25.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcun məbləği olan 38000 (otuz səkkiz min) manat, faiz məbləği olan 10838 (on min səkkiz yüz otuz səkkiz) manat, hüquqi yardım üçün ödədiyi 300 (üç yüz) manat, nümayəndəyə verdiyi etibarnaməyə görə 11.50 (on bir manat əlli qəpik) manat, dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat miqdarında vəsaitin tutularaq onun hesabına (xeyrinə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcun məbləği olan 36000 (otuz altı min) manat, faiz məbləği olan 2000 (iki min) manat, hüquqi yardım üçün ödədiyi 300 (üç yüz) manat, dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 38330 (otuz səkkiz min üç yüz otuz) manat miqdarında vəsaitin tutularaq onun hesabına (xeyrinə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2018-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinin şərtlərinə görə, müqavilənin bağlandığı gün, Cavabdeh ondan xx xxx 2019-cu il tarixə kimi 38000 (otuz səkkiz min) manat miqdarında borc pul almışdır. Notarial qaydada təsdiq olunmuş müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh tərəfindən xx xxx 2019-cü il tarixdən gec olmayaraq qaytarılmalı idi. xx xxx 2019-cu il tarixdə borcun qaytarılması günü çatdıqda o, cavabdehə borc müqaviləsinə əsasən ona verdiyi pul vəsaitinin geri qaytarılması üçün müraciət etmişdir. Lakin cavabdeh heç bir səbəb göstərmədən ondan almış olduğu 38000 (otuz səkkiz min) manat borcu qaytarmaqdan imtina etmiş və rədd cavabı vermişdir. Borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamış, iddia ərizəsi ilə müraciət etdiyi günə cavabdeh tərəfindən iki il beş ay vaxt ötürülmüşdür. Cavabdeh xx xxx 2019-cu il tarixdən qanunsuz olaraq borc məbləğini ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mərkəzi Bankı 2018-ci il üçün bank uçot dərəcəsini 12 faiz, 2019-cu il üçün 9 faiz və 2020-ci il üçün 7.5 faiz müəyyənləşdirmişdir. Cavabdeh tərəfindən ödənilməli olan özgəsinin pul vəsaitindən qanunsuz olaraq xx xxx 2018-ci ildən xx xxxxxxx 2020-ci il tarixə qədər faydalanmağa görə faiz məbləği 10838 (on min səkkiz yüz otuz səkkiz) manat təşkil edir. Hüquqi yardım üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosuna 300 (üç yüz) manat, nümayəndəyə verdiyi etibarnamə üçün 11.50 manat, məhkəməyə iddia ərizəsi verərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qeyd etdi ki, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı xx xxxxxx 2018-ci il və xx xxx 2019-cu il tarixlərdə polis şöbəsinə müraciət etmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehə icra qeydinin aparılacağı ilə bağlı bildiriş göndərsə də, notariat orqanında belə bir icra qeydi aparılmamışdır. Bundan başqa təxminən 2019-cu ilin dekabr ayında cavabdeh tərəfindən əsas borcdan 2000 manat ödənilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində stress, əsəb, sarsıntı keçirmiş, müxtəlif xəstəliklər tapmışdır. Ekspert tərəfindən faiz məbləği 4000-7000 aralığında hesablansa da, keçən müddət ərzində ona külli miqdarda maddi-mənəvi ziyan dəysə də, o, öz humanistliyini nümayiş etdirərək cavabdehdən 2000 manat faiz məbləği tələb edir. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, 2013-cü ildən yaşadığı evdə mürəbbələr hazırlayaraq satılması üçün Bakı şəhərinə gətirmiş, 2016-cı ilin yanvar ayında İddiaçı (bundan sonra iddiaçı) adlı bir nəfər şəxsin də mürəbbələr bişirib satdığını bilmişdir. Şəki rayonundan mürəbbələr gətirib satmasına çox xərci çıxdığından Bakı şəhərində iddiaçını taparaq ondan nağd pula mürəbbələr alaraq satmışdır. Sonradan iddiaçı ona inandığından nisyə mürəbbələri satması üçün vermiş, mürəbbələri satdıqdan sonra pulunu ona vermişdir. Təxminən bir aydan sonra iddiaçı ona şərikli işləməyi təklif etmiş, bu məqsədlə sonuncunun mürəbbə bişirdiyi Nübar qəsəbəsinə getmişdir. İddiaçı ona mürəbbə bişirdiyi yeri göstərək xarab olmuş mürəbbələrin satışını təşkil etmiş və bu yolla əllərində pul olacağını demişdir. O, iddiaçının təklifi ilə razılaşmış, xarab olmuş mürəbbələrin satışını təşkil edərək özünə qazanc götürməmiş, pulunu iddiaçıya vermişdir. Şərikli işlədikləri müddətdə mürəbbələrin satışında çətinliklər olmuş və ziyanlıq etmişlər. Mürəbbədən yığılan puldan mürəbbə bişirmək üçün otaq tikmiş və ora 10700 manat pul xərclənmişdir. Bundan başqa yenə mürəbbənin pulu ilə iddiaçının təklifi ilə onun evinə kombi istilik sistemi çəkdirmiş, evin hamam və tualetini təmir etdirmiş və bunlara ümumilikdə 4470 manat pul xərcləmişdir. Satdığı mürəbbələrin pulundan isə ona 11700 manat nağd pul qalmış, həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2017-ci ilin may ayından yenidən iddiaçı ilə şərikli olaraq işləməyə başlamış, əldə pul az olduğundan sonuncu bankdan 10000 manat kreditlə pul götürmüş, həmin il alıb gətirdiyi meyvələr ilə mürəbbələr bişirməklə həmin pulu ödəmişdir. Həmin il qazanc olmadığından iddiaçı ondan narazılıq etməyə başlamış, evdə qalmış xarab olmuş mürəbbələri satmaqla və 2 il onun üçün işləməklə onun qoyduğu 33000 manatı ödəməsini, bundan sonra həmin yeri işlətməsinə icazə verəcəyini, notariusa gedərək 33000 manat borcu olması barədə müqavilə bağlamalarını təklif etmişdir. O, iş yerini itirməmək üçün iddiaçı ilə razılaşmış, ikisi bir yerdə gedərkən yolda iddiaçı müqaviləni 38000 manata imzalamasını dedikdən sonra məcbur qalaraq razılaşaraq müqaviləni imzalamışdır. Ancaq onun iddiaçıya həmin məbləğdə borcu olmamışdır. Xarab mürəbbələrdən müəyyən hissələrini satmaqla əldə etdiyi 2300 manat pul ilə həmin iş yerlərinə qaz sayğacı qoymaqla, yerə beton tökməklə, qaz sobası düzəltdirməklə ora xərcləmişdir. Sonra iddiaçı özü tək mürəbbə bişirib satacağını deyərək bankdan 10000 manat kredit götürmüşdür. İddiaçı tək işləyə bilmədiyi üçün ona köməklik etməsini demiş, ancaq 33000 manatı ödəyə bilmədiyinə görə qazanc verməyəcəyini demişdir. Satdığı mürəbbənin pulundan hər ay 1000 manat olmaqla, cəmi 5000 manat onun kredit pulunu ödəmiş və ona nağd 1400 manat da pul vermişdir. Buna baxmayaraq evdə 365 banka satılmamış mürəbbə qalmış, iddiaçının icazəsi olmadan mürəbbə satmamışdır. İddiaçıya təxminən 23000 manat borcu olmuş, həmin borcundan isə keçən ilin dekabr ayında 2000 manat da ödəmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Qədimov X3 İlknur Məmməd oğlunun verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə mülki proses tərəflərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, “borc verən” – İddiaçı “borc alan” – Cavabdeh 38000 manat məbləğində borc vermişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndindən görünür ki, “borc alan” – Cavabdeh krediti xx xxx 2019-cu il tarixədək “borc verən” – İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. 2490 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 310 manat köçürmüşdür. **********584 blank nömrəli etibarnamədən görünür ki, İddiaçı Vəkil2 etibarnamə üçün 11.50 manat xidmət haqqı ödəmişdir. X4nin xx xxxxxx 2020-ci il tarixli, 428 nömrəli rəyindən görünür ki, (1-ci sual üzrə) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh müqavilənin bağlandığı vaxtdan (xx.xx.2018) iddiaçının məhkəməyə müraciət etdiyi vaxtadək (xx.xx.2020) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınmaqla faiz borcu 7770.09 (yeddi min yeddi yüz yetmiş) manat müəyyən edilir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh müqavilənin bitdiyi vaxtdan (xx.xx.2019) iddiaçının məhkəməyə müraciət etdiyi vaxtadək (xx.xx.2020) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınmaqla faiz borcu 4066.95 (dörd min altmış altı) manat müəyyən edilir. Tədqiqatın dəyəri olan 300 manat İddiaçı tərəfindən mərkəzin bank hesabına ödənilmişdir. Abşeron rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş HK-1/7472 nömrəli material üzrə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh ondan mürəbbə bişirmək adı ilə 38000 manat pul aldığını, lakin bugünədək borcunu qaytarmadığını bildirmiş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, tələb mülki xarakterli olduğu üçün ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 38 000 manat məbləğində borc verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini xx xxx 2019-cu il tarixədək ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan cəmi 2000 manat ödəmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf iddiaçıya təxminən 23000 manat borcu olduğunu, kredit müqaviləsində göstərilən pulu almadığını, müqaviləni işini itirməmək üçün imzaladığını bildirmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə 38000 manat pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin həmin borcun 2000 manat hissəsinin ödənilməsi iddiaçı və cavabdeh tərəfindən təsdiq edildiyindən 36000 manat əsas borc cavabdehdən tutulmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır. Belə ki, cavabdeh tərəf öz ifadəsində borc məbləğinin onların ümumi biznesinə xərcləndiyini, kredit müqaviləsində göstərilən pulu almadığını, müqavilənin formal bağlandığını, işini itirməmək üçün müqavilə bağlamağa məcbur olduğunu, iddiaçıya təxminən 23000 manat borcu olduğunu, həmin borcdan 2000 manat ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə icra edilməmiş, onun ödənilməsi digər şəkildə gecikdirilmişdir. Odur ki, iddiaçı cavabdehdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınmaqla faiz borcunu tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən faiz borc məbləği 2000 manat hesablanmışdır. Məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilmiş faiz borc məbləğinin iddia tələbində göstərilən məbləğdən dəfələrlə çox olması müəyyən edilmişdir. Belə ki, məhkəməmühasibatlıq ekspertizası 38000 manat borca münasibətdə təyin edilmiş, cavabdeh borcundan 2000 manat ödəmişdir. Ekspertiza tərəfindən xx xxx 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli Kredit müqaviləsi üzrə 38000 manat borca münasibətdə Cavabdeh müqavilənin bitdiyi vaxtdan (xx.xx.2019) iddiaçının məhkəməyə müraciət etdiyi vaxtadək (xx.xx.2020) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınmaqla faiz borcu 4066.95 manat müəyyən edilmiş, məhkəmə tərəfindən sözügedən kredit müqaviləsi üzrə 36000 manat borca münasibətdə Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınmaqla faiz borcu təxminən 3900 manat hesablanmışdır. Lakin iddiaçı tərəfindən faiz borc məbləği 2000 manat tələb edildiyindən, məhkəmə iddiaçının tələb etdiyi məbləği daha əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 449-cu maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh kredit borcu olan 36000 (otuz altı min) manat, faiz məbləği olan 2000 (iki min) manat, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 38330 (otuz səkkiz min üç yüz otuz) manat alınaraq İddiaçı verilməlidir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq İddiaçı oğluna ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit borcu olan 36000 (otuz altı min) manat, faiz məbləği olan 2000 (iki min) manat, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 38330 (otuz səkkiz min üç yüz otuz) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq İddiaçı oğluna ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-129/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-129/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver