Məhkəmə qərarları › İş №2(075)-1292/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1292/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1292/2020 30.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X1 xeyrinə- 006R********** saylı kredit razılaşması üzrə 112.31 ABŞ dolları məbləğində kreditborcunun,006KK**********01 saylı kredit razılaşması üzrə 243.74 ABŞ dolları məbləğində kredit borcunun, 416.51 ABŞ dolları məbləğində cərimə olmaqla, 660 (altı yüz altmış) ABŞ dolları 25 (iyirmi beş) sent məbləğində borcun,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması bаrədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06L000009204 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətli açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1400 (min dörd yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1287.69 ABŞ dolları ödəmiş, onun 112.31 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 006KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,5833% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 400 (dörd yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Hazırda Cavabdeh1 İddiaçı QSC-nə 243.74 ABŞ dolları məbləğində kredit borcu qalmaqdadır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2020-ci il tarixə 1517 gün üçün hesablanmış cərimə 416,51 ABŞ dolları təşkil edir. İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, üzürlü səbəbdən hazırki iclasda iştirak edə bilmir. İşə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 06L000009204 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Mülki işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit razılaşması kredit razılaşmasından görünür ki, sonuncuya aylıq faiz dərəcəsi 2.5833% olmaqla 12 ay müddətinə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1400 ABŞ dolları kredit verilmişdir. Mülki işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması kredit razılaşmasından görünür ki, sonuncuya aylıq faiz dərəcəsi 2,5833% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 400 (dörd yüz) ABŞ dolları ABŞ dolları kredit verilmişdir. Mülki işdə olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Mülki işdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 İddiaçı QSC-nə xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə 112,31 ABŞ dolları əsas borcu, xx.xx.2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması üzrə 243,74 ABŞ dolları əsas borc, 416,51 ABŞ dolları cərimə olmaqla, cəmi 660,25 ABŞ dolları borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.2, 472.1, 739 və 741-ci maddələrinin tələblərini əsas götürmüşdür. Zaminlə İddiaçı QSC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 465.2 və 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasubsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin hazırkı iddia tələbinin 416,51 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. İddiaçı QSC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin Cavabdeh1 ödənilməsinə baxmayaraq Cavabdeh2 Cavabdeh1 tərəfindən kredit və zaminlik müqaviləsinin şərtlərinə tam şəkildə əməl edilməmişdir. Bu səbəbdən də İddiaçı QSC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 006R********** saylı kredit razılaşması üzrə 112,31 ABŞ dolları məbləğində kredit borcu, 006KK**********01 saylı kredit razılaşması üzrə 243,74 ABŞ dolları məbləğində kredit borcunun, 10 ABŞ dolları məbləğində cərimə olmaqla, 253,74 ABŞ dolları olmaqla, ümumilikdə 366,05 ABŞ dolları məbləğində borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməli, tənasübsüz dərəcədə yüksək hesablandığından 416,51 ABŞ dolları cərimə tələbinin 406,51 ABŞ dollarına dair hissəsi təmin edilməməlidir. Həmçinin iddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. GöstərilənlərəvəAzərbaycanRespublikası MülkiProsessualMəcəlləsinin 216-220, 223 və 227.1-cımaddələrinin tələblərinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 006R********** saylı kredit razılaşması üzrə 112,31 ABŞ dolları məbləğində kredit borcu, 006KK**********01 saylı kredit razılaşması üzrə 243,74 ABŞ dolları məbləğində kredit borcu, 10 ABŞ dolları məbləğində cərimə, cəmi 253,74 ABŞ dolları olmaqla, ümumilikdə 366,05 ABŞ dolları məbləğində borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən, surəti alındığı vaxtdan 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar