Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-130/2022 07.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 933,79 (doqquz yüz otuz üç manat, 79 qəpik) AZN təşkil edir. Bundan 402,94 (dörd yüz iki manat, 94 qəpik) AZN əsas, 216,20 (iki yüz on altı manat, 20 qəpik) AZN faiz, 251,29 (iki yüz əlli bir manat, 29 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63,36 (altmış üç manat, 36 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Ağaməmməd qızı və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası 11 noyabr 2021-ci il tarixə, 07 dekabr 2021-ci il tarixə, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 07 yanvar 2022-ci il tarixə, saat 09:15-ə təyin edilmişdir. 05 yanvar 2022-ci il tarixdə iddiaçı "xxxx" ASC-nin X1 Fondunun nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, borc öhdəliyi tam ödənildiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia sənədlərinin əsllərinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-2611.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirərək və iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması ona izah edilməlidır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 257, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC-nin X1 Fonduna izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-130/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-130/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver