Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1313/2020 25.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 13000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatında qəbul edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə İddiaçı və 3-cü şəxs Bakı şəhəri 54 saylı Notariat Ofisinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə onun arasında xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatında qəbul edilmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə əvvəlki məhkəmə iclaslarında iştirak etməklə izahat vermiş və bildirmişdir ki, Bakı şəhərində yaşadığından, digər məhkəmələrdə işləri çoxluq təşkil etdiyindən,həmçinin Bakı şəhərində hərbi vəziyyət və karantin rejimləri mövcud olduğundan məhkəməyə gəlib-getməsi çətinlik yaratdığından bundan sonrakı məhkəmə proseslərinin onların iştirakı olmadan mövcud sübutlar əsasında qiymətləndirilərək iddialarının təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının İddiaçı və onun iştirakı olmadan işdə olan sübutlar əsasında baxıb mülki iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılaraq ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş yazılı kredit müqaviləsi (borc müqaviləsi) bağlanmışdır. Sözügedən kredit müqaviləsi əsasında iddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixədək geri qaytarmaq şərti ilə 13.000 (on üç min) manat borc pul verilmişdir. Həmin kredit müqaviləsi şərtlərinə əsasən, kreditin (borcun) qaytarılma müddəti bitdikdən sonra cavabdehə borcun qaytarılması ilə bağlı müraciət edilmişdir. Lakin, bu barədə dəfələrlə müraciət edilsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından boyun qaçırmışdır. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə 13.000 manat məbləğində borc puldan heç bir ödəniş etməmişdir. Odur ki, cavabdehin bu günə olan borcu 13.000 manat təşkil edir. Beləliklə göstərilən səbəblərdən mübahisənin məhkəmə vasitəsi ilə həlli olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək göstərmişdir ki, qarşılıqlı iddianı qəbul etmirlər. Hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab olunması üçün heç bir qanuni əsas yoxdur. Belə ki, iddiaçı məlum pul məbləğini Notariusun depoziti vasitəsilə cavabdehə vermişdir. Buna görə də iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə onun arasında xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı Notariat Ofisində kredit müqaviləsi bağlanmışdır. O, İddiaçı heç bir məbləğdə borc pul almamışdır. Bakı şəhəri 54 saylı X2 13 000 manat pulu depozitə özü qoyub, özü də götürmüşdür. Məhkəmə tərəfindən sorğu verilərək kamera görüntüləri götürülərsə, hər şey aydın olar. Sadəcə olaraq o, "xxxxxxxxxxx" MMC ilə işləmiş və həmin şirkətə müəyyən qədər borcu olmuşdur. İddiaçı da həmin şirkətin işçisidir. Həmin müqavilə uydurma əqd şəklində bağlanmış və təqdim olunan həmin əqd yalan əqddir. İddiaçı onunla başqa əqdi pərdələmək niyyəti ilə, görünüş üçün uydurma əqd bağlamışdır. Onun iddiaçıya heç bir zaman borcu olmamışdır. Həmin kredit müqaviləsi etibarsız hesab edilməlidir. Kredit müqaviləsi bağlanarkən borc verən pula olan mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür. Pul mülki dövriyyədə ödəniş vasitəsi kimi çıxış etməklə hüquqi əhəmiyyətli əmlak sırasına aiddir. Lakin İddiaçı özünün olmayan, yəni şirkətə məxsus 13000 manat məbləğində pulu depozitə qoymuş, sonra da özü götürmüşdür. İddiaçı bunu başqa əqdi pərdələmək üçün, görünüş üçün etmişdir. Göründüyü kimi kredit müqaviləsi bağlanarkən peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəalar gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "Banklarda Kreditlərin verilməsi Qaydaları"nın 4.1.17-ci bəndində kredit müqaviləsinin forması göstərilmişdir. Burada qeyd edilir ki, bank tərəfindən kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində isə kreditlərin qrafiki, şərtləri, məqsədi, predmeti və digər əsaslar asan oxunan və aydın şəkildə göstərilməlidir. Həmin Qaydalarda o da bildirilir ki, bu hallar analoji qaydada peşəkarlıq qaydasmda kreditlər verən fiziki şəxslərə də şamil olunur. İlk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri 54 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Bakı şəhəri 54 saylı Notariat Ofisi məhkəmənin sorğusuna əsasən xx.xx.2020-ci il tarixdə tərəflər arasında xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsini və həmin müqaviləyə dair sənədləri məhkəməyə göndərmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin gün İddiaçı Cavabdeh 13000 manat borc pul vermiş və Cavabdeh borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli x/k-434 saylı məktubun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq olunacaq kredit müqaviləsi üzrə ödənilməli olan 13 000 (on üç min) manat məbləğində pulu kredit müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün “xxxxxxxxx” ASC-in 4-saylı Şöbəsinə olan AZ22MUGA**********00452AZM64 №-li depozit hesabına qəbul olunmasını xahiş edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, 13000 manat məbləğində pul vəsaiti AZ22MUGA**********00452AZM64 nömrəli depozitə köçürülmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş çekin kötüyünün surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə çekin kötüyünə imza etməklə çeki almışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidır. Məhkəmə iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı arasında xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş yazılı kredit müqaviləsi (borc müqaviləsi) bağlanmışdır. Sözügedən kredit müqaviləsi əsasında iddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixədək geri qaytarmaq şərti ilə 13.000 (on üç min) manat borc pul verilmişdir. Həmin kredit müqaviləsi şərtlərinə əsasən, kreditin (borcun) qaytarılma müddəti bitdikdən sonra cavabdehə borcun qaytarılması ilə bağlı müraciət edilmişdir. Lakin, bu barədə dəfələrlə müraciət edilsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından boyun qaçırmışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəməyə göndərdiyi ərizədə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş yazılı kredit müqaviləsi (borc müqaviləsi) bağlanmış və borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 13000 manat məbləğində pul vəsaiti AZ22MUGA**********00452AZM64 nömrəli depozitə köçürülmüş və Cavabdeh qəbzin kötüyünü imza etməklə qəbzi almışdır. Bundan başqa Cavabdeh qarşılıqlı iddia ərizəsində Bakı şəhəri 54 saylı Notariat Ofisində iddiaçının banka 13 000 manat pulu depozitə özü qoyduğunu və onun özünün götürməsini iddia etsədə buna dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə sorğu edilərək əldə edilən sənədlərdən görünür ki, iddiaçı tərəfindən 13000 manat pul vəsaiti notariusun depoziti vasitəsilə cavabdehə verilməsi üçün “xxxxxxxxx” ASC-in 4saylı Şöbəsində AZ22MUGA**********00452AZM64 №-li hesaba ödəniş edilmiş və Cavabdeh həmin pul məbləğini almaq üçün qəbzin kötüyünü imza etməklə qəbzi almışdır. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilərək Cavabdeh 13000 manat borc pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh 13000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1313/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1313/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver