Məhkəmə qərarları › İş №2(075)-1340/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1340/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1340/2020 08.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Əbdürrəhmanova (Rasulova) Gülnurə Etibar qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx xxxxxxx 2003-cü il tarixdə anadan olmuş X3, xx xxxx 2005-ci il tarixdə anadan olmuş X1 üçün, onların yetkinlik yaşlarına çalanadək ilkin aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. Lakin iddiaçı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx xxxxxxx 2002-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş və birgə nikahdan xx xxxxxxx 2003-cü il tarixdə X6 və xx xxxx 2005-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. xx xxxxx 2011-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qətnaməsi əsasında nikahları pozulmuş, nikahımız pozulan zaman iki azyaşlı övladları onun himayəsində saxlanılmış və azyaşlı uşaqların yetkinlik yaşlarına yatanadək saxlanılmaları üçün hər ay hər uşaq üşün 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat aliment məbləğinin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Lakin bu günki bazar qiymətlərinə görə qeyd olunan məbləğ demək olar ki sıfır dərəcəsindədir. Həmin 100 (bir yüz) manat aliment məbləği ilə o iki azyaşlı uşaqlara baxmaqda çox yətinlik çəkir. Hal-hazırda cavabdeh fərdi əməklə məşğul olur, dördüncü dərəcəli qaynaqçı vəzifəsində çalışır və həmişə özünün dediyinə görə onun aylıq qazancı 3000 (üç min) manatdan da yuxarı olur. Lakin yüksək gəlir əldə etməsinə baxmayaraq, bu günə kimi uşaqlarına əlavə olaraq heç bir maddi köməklik göstərməmişdir. Ona görə də yenidən məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(075)-456/2011 nömrəli qətnaməsi ilə xx xxxxxxx 2003-cü il tarixdə anadan olmuş X6 və xx xxxx 2005-ci il tarixdə anadan olmuş X5 anaları X4 himayəsində saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin alınaraq X2 verilmədi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqlarınıntələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(075)-456/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətidən görünür ki, xx xxxxxxx 2003-cü il tarixdə anadan olmuş X6 və xx xxxx 2005-ci il tarixdə anadan olmuş X5 anaları X4 himayəsində saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin alınaraq X2 verilmədi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(075)-456/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddianın qismən təmin edilməsini məqsədəmüvafiq heasb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(075)- 456/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(075)- 456/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq Əbdürrəhmanova (Rasulova) Gülnurə Etibar qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar