Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1348/2021 12.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və qalıq aliment borcunun birdəfəlik ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin iddia tələbi ilə qəbul etdiyi 23 sentyabr 2019-cu il tarixli, 2(075)-1034/2019 saylı qətnaməsi ilə cavabdeh, ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh ilə onun arasında 20 mart 2012-ci il tarixində, rəsmi 42 sayla bağlanmış nikahdan doğulmuş, 01 oktyabr 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək baxılması, saxlanması ilə bağlı hər ay üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla müəyyənləşdirilmiş aliment məbləğinin miqdarını artırmaqla, alimentin 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi, cavabdehdən məhkəmənin 2(075)-1034/2019 saylı qətnaməsinin qəbul edilməsindən sonrakı dövr üçün ödənilməyərək kəsr saxladığı 2220 (iki min iki yüz iyirmi) manatın da birdəfəlik alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə doğulmuş X14 onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(075)-1034/2019 saylı qətnaməsi ilə cavabdehdən hər ay 120 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh indiyədək 3120 manat ödəməli olduğu haldan 900 manat ödəmiş, 2220 manat kəsr qalmışdır. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşağın tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Cavabdeh aylıq 500-600 manat qazanır. O isə işsizdir və heç bir qazancı yoxdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmə tərəfindən 120 manat aliment kəsilsə də, cavabdeh 80-90 manat aliment ödəyir. Həmin məbləğlə isə uşağın heç bir tələbatını ödəyə bilmir. Həmçinin, Cavabdeh bir dəfə inzibati qaydada məhkəməyə gətirilmiş, ondan yığılmış aliment borcunu ödəməsi tələb edilmişdir. Cavabdeh məhkəmədən borcun yarısının ödənilməsi üçün bir gün vaxt istəmiş, məhkəmə ona ödəmək üçün vaxt vermiş, cavabdeh səhəri gün Azərbaycan Respublikasını tərk etmiş və Rusiya Federasiyasına qaçmışdır. Ona görə yığılmış aliment borcunu da tələb edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X13 göstərdi ki, Cavabdeh onun oğludur. Tərəflərin birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh avtomobil qəzası keçirdiyindən ağır işlərdə işləyə bilmir. Maddi vəziyyəti aşağı səviyyədədir. Hər ay 80-90 manat alimenti güclə ödəyir. İddiaçı onun nəvəsi ilə görüşməyinə imkan vermir. Əgər nəvəsi ilə görüşsə bir nənə kimi o da maddi köməklik göstərər. Cavabdeh övladı 01 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün aliment ödəməkdən imtina etmir. Lakin maddi vəziyyəti aşağı olduğundan təyin edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Bütün bunları nəzərə alaraq məhkəmədən alimentin artırılmamasını xahiş edir. Cavabdeh 06 avqust 2021-ci il tarixdə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddiaçı X6 qızı iddia ərizəsində maddi imkanının yaxşı olmadığını qeyd etmişdir. Lakin bu tamamilə yalandır. Əksinə iddiaçı Molla-X3 maddi imkanı olduqca yaxşıdır. Onun gözəllik salonu var və oradan yüksək miqdarda gəlir əldə edir. İddiaçının onun ödədiyi alimentə heç ehtiyacı belə yoxdur. Şəki Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə hər ay ödəməli olduğu alimentin miqdarı müəyyən edilmişdir və keçən iki il ərzində onun maddi vəziyyətində hər hansı yaxşılaşmanın olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Sonuncu məhkəmə qətraməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, o, avtomobil qəzası keçirmiş və demək olar ki, əmək qabiliyyətini itirmişdir. Avtomobil qəzası nəticəsində onurğa sütunu zədələnmiş və demək olar ki, yarımcan olmuşdur. Səhhətinə görə onu heç yerə işə götürmürlər. Ağır işlərdə işləyə bilmir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsinin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X12 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat alimentin Cavabdeh tutulub Molla-Mustafayeva Dürdanə Camaləddin qızına verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X12 atası Cavabdeh, anası isə Molla-Mustafayeva Dürdanə Camaləddin qızıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 171 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Molla-Mustafayeva Dürdanə Camaləddin qızının Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Molla-Mustafayeva Dürdanə Camaləddin qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Belə ki, cavabdehin daimi iş yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01 oktyabr 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia tələbinin «qalıq aliment borcunun birdəfəlik ödənilməsi» hissəsinə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı nəzərə alınmalı, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 oktyabr 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq Molla- Mustafayeva Dürdanə Camaləddin qızına ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbinin «cavabdehdən məhkəmənin 2(075)-1034/2019 saylı qətnaməsinin qəbul edilməsindən sonrakı dövr üçün ödənilməyərək kəsr saxladığı 2220 (iki min iki yüz iyirmi) manatın birdəfəlik alınaraq iddiaçıya ödənilməsi» hissəsinə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı nəzərə alınsın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1348/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1348/2021
12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver