Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1379/2020 15.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 800804-828404/1 nömrəli kredit müqaviləsi üzrə 19,114.56 manat əsas borc və 1,009.23 manat faiz borcu olmaqla, cəmi 20.12379 (iyirmi min bir yüz iyirmi üç manat 79 qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq "İddiaçı” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, “İddiaçı" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 800804-828404/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 20,000.00 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə- hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 19,114.56 manat əsas borc və 1,009.23 manat faiz borcu olmaqla, cəmi 20.123.79 (İyirmi min bir yüz iyirmi üç manat 79 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə və X1 xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 36 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 20,000.00 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 1236nkBANK/18 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh Bank ilə bağlamış xx xxxxxx 2020-ci il tarixli, 800804-828404/1 nömrəli kredit müqaviləsinə əsasən 15.5% dərəcəsi ilə, 36 ay müddətinə, 20,000.00 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2020-ci il tarixə borcalanın banka 19,114.56 manat əsas borc və 1,009.23 manat faiz borcu olmaqla, cəmi 20,123.79 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 100 gün təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 800804-828404/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 20,000.00 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19,114.56 manat əsas borc və 1,009.23 manat faiz borcu olmaqla, cəmi 20.12379 (iyirmi min bir yüz iyirmi üç manat 79 qəpik) manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 114 manat 56 qəpik əsas borc və 1009 manat 23 qəpik faiz borcu olmaqla, cəmi 20 123 manat 79 qəpik (iyirmi min bir yüz iyirmi üç manat 79 qəpik) manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1379/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1379/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver