Məhkəmə qərarları › İş №2(075)-1385/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1385/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1385/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4358.88 manat əsas, 115.37 manat faiz, 12.26 manat cərimə borcu olmaqla, ümumilikdə 4486.51 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxx» İKB ASC-nin xeyrinə tutulması, xx xxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı «xxxx» İKB ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla 5000 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «xxxx» İKB ASC-yə 4358.88 manat əsas, 115.37 manat faiz, 12.26 manat cərimə borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan iddiaçı «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 13-Y-2-0-599-19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən «xxxxxx» İKB ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə, 5000 manat kredit verilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 5000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan, xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» İKB ASC-yə 4358.88 manat əsas, 115.37 manat faiz, 12.26 manat cərimə borcu qalmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «xxxx» İKB ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «xxxx» İKB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh iddiaçı «xxxx» İKB ASC-nin xeyrinə xx xxx 2019-cu il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 4358.88 manat əsas, 115.37 manat faiz, 12.26 manat cərimə borcu olmaqla, ümumilikdə 4486.51 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalı, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməli, iddianın xx xxx 2019-cu il tarixli, 13-Y-2-0-599-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1385/2020 nömrəli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4358.88 manat əsas, 115.37 manat faiz, 12.26 manat cərimə borcu olmaqla, ümumilikdə 4486.51 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İKB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın xx xxx 2019-cu il tarixli, 13-Y-2-0-599-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1385/2020 nömrəli qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar