Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1387/2020 13.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X4 İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, X4 İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dairiddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ləğv prosesində olan “İddiaçı ASC-nin xeyrinə 402,96 manat əsas, 2011,30 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 65,46 manat borc ümumilikdə 2479,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rusumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmə iclasında göstərdi ki, xx.xx.2014-cü il tarixli, 124984 saylı kredit müqaviləsinə əsasən Cavabdeh “İddiaçı" ASC tərəfindən illik 27%-lə 36 ay müddətinə 809,66 manat məbləğində kredit verilmişdir. Maliyə arayışına əsasən müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyi icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 402,96 manat əsas, 2011,30 manat cərimə, müqavilənin bildiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 65,46 manat borc, ümumilikdə 2479,72 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə verərək, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən iclasın vaxtının başqa bir vaxta keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehiniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14-70246314-15 nömrəli hesabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 809.66 manat məbləğində kredit verilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixdə həmin kredit borcundan 406.70 manat ödəniş etmiş və onun İddiaçı ASC-nə 402.96 manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə Azərbaycan Respublikası MM-nin 385.1, 421.2, 442, 448.1 və 448.2-ci maddələrinin müddəalarını nəzərə alaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 2011,30 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Göründüyü kimi İddiaçı ASC tərəfindən X1 məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdehkredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 402.96 manat əsas, 50 manat cərimə, ümumilikdə 452.96 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 402.96 manat əsas, 50 manat cərimə, olmaqla ümumilikdə 452.96 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1387/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1387/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver