Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1391/2020 21.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların xx xxxxxx 2008-ci il tarixdə X2 və xx xxxxx 2010-cu il tarixdə isə X3 adlı uşaqlarının saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 170 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Bu nikahdan onların xx xxxxxx 2008-ci il tarixdə X2 və xx xxxxx 2010-cu il tarixdə isə X3 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-6967/2016 saylı qətnaməsinə əsasən onların birgə nikahdan anadan olmuş uşaqları onun himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 90 manat aliment təyin edilmişdir. Daha sonra isə o, aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2967/2017 saylı qətnaməsi ilə Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 100 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh xeyli pul qazanmasına baxmayaraq uşaqları üçün hər ay cəmi 100 manat aliment ödəyir. Həmin məbləğlə uşağın palpaltarlarının, təhsilinin, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşağın səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Cavabdehdən alınaraq ona verilməli olan aliment məbləği artırılaraq hər ay üçün 170 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, həmin məbləğin hər ay hər uşaq üçün 125 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o, iddiaçı ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Bu nikahdan onların xx xxxxxx 2008-ci il tarixdə X2 və xx xxxxx 2010-cu il tarixdə isə X3 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-6967/2016 saylı qətnaməsinə əsasən onların birgə nikahdan anadan olmuş uşaqları İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 90 manat aliment təyin edilmişdir. Daha sonra isə İddiaçı, aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2967/2017 saylı qətnaməsi ilə ondan alınıb İddiaçı verilməli olan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 100 manat məbləğində müəyyən edilmişdir. Bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, birgə nikahdan olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 manat məbləğində aliment ödəməyə imkanı çatır. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-6967/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Şəki rayon Turan qəsəbə icra nümayəndəliyində bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 32 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh hər ay 90 (doxsan) manat aliment alınaraq, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2967/2017 saylı qətnaməsi ilə Cavabdeh alınıb İddiaçı verilməli olan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 100 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia tələbində hər ay hər uşaq üçün 170 manat məbləğində alimentin müəyyən edilməsini xahiş etsə də, həmin məbləğin 125 manat məbləğində müəyyən edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh isə hər ay hər uşaq üçün 125 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-6967/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şəki rayon Tııran qəsəbə icra nümayəndəliyində bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 32 nömrəli nikahən pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh hər ay 90 (doxsan) manat aliment alınaraq, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2967/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh alınıb İddiaçı verilməli olan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)-2967/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin hər ay hər bir uşaq üçün 125 manat məbləğində aliment ödəyə bilməsini bildirməsini və iddiaçının da həmin aliment məbləğinə etiraz etməməsini nəzərə alaraq iddianın qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)- 2967/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(075)- 2967/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1391/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1391/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver