Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1392/2020 22.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007KK**********01 saylı kredit razılaşması üzrə 643.18 ABŞ dolları məbləğində kredit borcu, 0 ABŞ dolları məbləğində faiz borcu və 1030.16 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1672 ABŞ dolları 70 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin sonuncu məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə, saat 12:40-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək cavabdehlərlə razılığa gəldiklərini, hazırda iddia ərizəsini müdafiə etmədiklərini bildirmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı QSC iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq İddiaçı QSC-nin iddia ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC-yə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1392/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1392/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver