Məhkəmə qərarları › İş №2(075)-1393/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1393/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1393/2020 18.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, xxx və Cavabdeh4 qarşı «əqdin etibarlı sayılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Cavabdeh1, Cavabdeh3, xxx və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında xx xxxxxx 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2003-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1, Cavabdeh3, X4 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini pulunu tam ödəməklə onlardan satın almışdır. xx xxxxxx 2003-cü il tarixdə torpaq sahəsinin dəyəri olan 19 250 000 (on doqquz milyon iki yüz əlli min) manat pul məbləğini cavabdehlərə tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, xxx və Cavabdeh4 xüsusi mülkiyyətlərinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına xx xxxx 1998-ci il tarixli, JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra cavabdehlər torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN:0040 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Cavabdeh1 həyat yoldaşı X5 dayısı, digər cavabdehlər isə onun ailə üzvləri olmaları səbəbindən o, qeyd edilən torpaq sahəsini satın almasına baxmayaraq torpaq sahəsinin rəsmi sənədlərdə cavabdehlərin adlarında qalmasına əhəmiyyət verməmişdir. 2014-cü ildə Cavabdeh1 yanına gələrək qızı Cavabdeh2 sosial müavinət təyin edilməsi üçün JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın əslinin lazım olduğunu bildirmiş və həmin sənədi ona verməyini xahiş etmişdir. O, aralarındakı qohumluğa və torpaq satın aldıqdan sonra keçən 11 il ərzində heç vaxt torpaq sahəsini mübahisələndirmədiklərinə arxayın olaraq, heç bir şeydən şübhələnmədən dövlət aktının əslini Cavabdeh1 vermişdir. xx xxxxxx 2014cü il tarixdə cavabdeh Heydarova (Hüseynova) Nabat Məhərrəm qızı qeyd edilən torpaq sahəsinin özünə aid hissəsini notariat qaydasında, rəsmi müqavilə əsasında atası Cavabdeh1 bağışlamışdır. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 bağlanmış müqavilənin bir nüsxəsini və Dövlət Aktının notariat qaydasında təsdiq edilmiş surətini ona vermiş, bir daha nə vaxt istəsə torpaq sahəsini onun adıma rəsmiləşdirəcəyini bildirmişdir. Torpaq sahəsini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, cavabdehlərə inandığından onların nə vaxsa torpaq sahəsini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son bir neçə ildə isə qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə cavabdehlərə müraciət edərək torpaq sahəsini onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. Cavabdehlər bu yaxınlaradək torpaq sahəsini ona satmış olmalarını, torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də müxtəlif səbəblər göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün müvafiq notariat kontoruna gəlməkdən yayınır, guya ona müddətsiz icarəyə verdiklərini, icarə müddətinin artıq başa çatdığını deyərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ xx xxxxx 2003-cü il tarixdə tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün notariat kontoruna gələrək müvafiq alq- satqı müqaviləsinə imza etməkdən yayınırlar. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X8 İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Şəki rayonu X7 qərarı ilə onların 4 nəfər ailə üzvünə 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adlarına “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha və 0.60 ha olmaqla iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra bir neçə il istifadə etmişlər. 2003-cü ilin yanvar ayında ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar pula ehtiyacları olmuşdur. Həmin vaxtdan başlayaraq qohumları və həmkəndliləri, hazırkı iş üzrə İddiaçı 2003-cü ilin iyun ayınadək hissə-hissə olmaqla 3500 (üç min beş yüz) manat borc pul almışlar. 2003-cü ilin iyun ayında taxıl biçilən zaman məhsulu sataraq digər borclarını ödəmişlər. Lakin cavabdeh qohumları olduğu üçün onun borcunu sonra verəcəklərini bildirdikdə o narazılıq etmiş, bu səbəbdən torpağın mülkiyyət sənədini verərək borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. İki ildən sonra, yəni 2005-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. Növbəti il yenidən cavabdehə müraciət etdikdə arvadını onların evinə göndərmiş və torpağı qaytarsalar ciddi problemlər yaradacağını bildirmişdir. İddiaçının arvadı bir müddət gözləməyi və güzəşt etməyi xahiş etmişdir. Beləliklə 2007-ci ildən başlayaraq hər il taxıl biçən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır. Nəhayət, bu yaxınlarda mülkiyyətlərində olan torpaq sahələrinə dövlət reyestrindən çıxarış almışlar. Onlar iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı təklif etsələr də, sonuncu buna razı olmamışdır. Nəticədə onlar xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş 7.48 hektar torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və İddiaçı vurulmuş zərərə (əldən çıxmış fayda) görə 19448 (on doqquz min dörd yüz qırx səkkiz) manat pulun alınaraq onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan hazırkı iş üzrə məhkəmə bildirişi gəlmiş, bundan sonra onlara məlum olmuşdur ki, iddiaçı torpağın tərəflərindən ona satıldığını iddia edir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçının əsaslandığı dəlillərdən birincisi ondan bir dəfə - xx xxxxxx 2003-cü ildə pul aldıqları barədə olan uydurmasıdır. Faktiki olaraq isə onlar 2003-cü ilin yanvar ayından başlayaraq 2003-cü ilin iyun ayına qədər ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar bir neçə dəfə borc pul almışlar. İddiaçının ikinci mülahizəsi 2014-cü ildə Cavabdeh2 öz payını ona bağışlaması və guya həmin alqı-satqı müqaviləsinin surətini iddiaçıya verilməsidir. Əgər torpağın iddiaçıya satılması barədə aralarında hər hansı razılaşma olsaydı, Cavabdeh2 torpaq payını ona bağışlayan zaman hamısı torpaqlarını iddiaçıya satardı. İddiaçının növbəti yalanı torpağın qiyməti barədədir. Əvvəla, 2003-cü ildə torpağın bir hektarının qiyməti 500 manat olmamışdır. Digər tərəfdən iddiaçı onlara altı ay ərzində cəmi 3500 (üç min beş yüz) manat borc pul vermişdir. İddia ərizəsində iddiaçının şahidlər barəsində qeyd etdiklərinə gəldikdə isə onlar iddiaçının çıxılmaz vəziyyətə düşən insanlara cüzi miqdar pul verərək torpaqlarını əllərindən aldığı şəxsləri şahid kimi dəvət edə bilərlər. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq vergisini 2003-2007-ci illər ərzində özü, 2007-2020-ci illərdə İddiaçı torpaqdan istifadə etdiyindən özü ödəmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. Cavabdeh xxx məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı deyildir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, İddiaçı onun kürəkəni (qızının həyat yoldaşı), Cavabdeh1 onun qardaşıdır. Hər iki tərəflə daimi gediş-gəlişləri olmuşdur. Mübahisəli torpağın qardaşı tərəfindən yeznəsinə satıldığından xəbəri olmuşdur. Lakin torpaq müqabilində pulun verilməsialınması, əqd barədə sövdələşmələrdə iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, İddiaçı onun həyat yoldaşı, Cavabdeh1 onun dayısıdır. Dayısı Cavabdeh1 onlara müraciət edərək kredit borcu olduğunu, ailələrinə məxsus torpağı satmaq istədiyini bildirmişdir. Onlar razı olmuş, 3800 manat müqabilində torpağı almışlar. Cavabdeh pulu gəlib onların evindən götürmüş, pulu götürərkən həyat yoldaşı ona yazığı gəldiyindən 100 manat da artıq pul vermişdir. Pulu götürərkən torpağı ömürlük onlara satdığını bildirmişdir. Həmin vaxt dövriyyədə başqa pullar olduğundan torpağın dəyərini “şirvan”la ödəmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Onlar torpağın dəyərini birdəfəyə ödəmişlər. Bunun üçün hətta özlərinə məxsus mal-qaranı satmışlar. 2003-cü ildə toprağın hər hektarı əvvəlki dövriyyə ilə bir milyon yarım olmuşdur. Onlar arasında alqı-satqı həyata keçirilmişdir. Lakin həmin vaxt cavabdehlərə inandıqlarından, həmçinin qohum olduqlarından sənədləşdirmə işlərində israrlı olmamışlar. Hazırda cavabdehlərin niyə belə etdiklərini başa düşə bilmir. Belə ki, keçən 17 il ərzində onlar arasında torpaq üstündə hər hansı mübahisə olmamış, cavabdehlər torpağı satdıqlarını bilmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, 2009-cu ildən Şəki rayonu Qayabaşı bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Həm iddiaçı, həm də cavabdehlər həmkəndliləri və qohumlarıdırlar. Bələdiyyədə vergilərin toplanması işini o həyata keçirir. Mübahisəli torpağın vergisini almaq üçün Cavabdeh1 müraciət etmiş, o isə torpağı İddiaçı satdığını, vergini o ödəyəcəyini bildirmişdir. 2015-ci ildə torpaq vergisini İddiaçı ödəmişdir. Sonradan bələdiyyə sistemində “vahid pəncərə prinsipi” tətbiq edilmiş, mübahisəli torpaq üzərində ödənilməmiş 200 manata yaxın vergi borcu qalması müəyyən edilmişdir. Bu zaman verginin ödənilməsi ilə bağlı İddiaçı müraciət etmiş, sonuncu Cavabdeh1 torpağı sənədləşdirmədən yayındığını bildirərək ödəməkdən imtina etmişdir. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş JN:0040 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri Cavabdeh1, Cavabdeh3, X4 və Cavabdeh4 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayonu Qayabaşı kəndində yerləşən 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə düşən ¼ hissəni Cavabdeh1 bağışlamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X19 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********81 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 7.48 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 (2/4 hissə), Cavabdeh3 (1/4 hissə) və Cavabdeh4 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X19 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********04 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 0.60 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 (2/4 hissə), Cavabdeh3 (1/4 hissə) və Cavabdeh4 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibəti 2003-cü ildə yaranmışdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yuxarıda sadalanan maddi hüquq normaları və Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan qərarlarından görünür ki, əqdin etibarlı hesab edilməsi üçün onun notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Məhkəmə iddianın təmin edilməməsini özünün gəlmiş olduğu aşağıdakı hallarla əsaslandırmışdır. Əvvəla, əqdin yazılı formasına riayət edilməmişdir. Belə ki, iddiaçı və iddiaçı tərəfindən dəvət olunmuş şahidlər torpaq sahəsinin cavabdehlər tərəfindən İddiaçı ömürlük satıldığını qeyd etmişlər. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında vurğulamışdır ki, “əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır”. Həmçinin, cavabdehlər torpaq sahəsinin iddiaçıya borc qarşılığında müvəqqəti istifadə üçün verildiyini və onlara həmin torpağa görə hər hansı pul məbləği verilmədiyini bildirmişlər. Bundan başqa iddiaçı tərəfindən əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin cavabdeh tərəfin təqsiri ucbatından baş verməsi və məhz cavabdeh tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bütün bu şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Cavabdeh1, Cavabdeh3, xxx və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə iddiaçı arasında xx xxxxxx 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdi etibarlı sayıla bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, xxx və Cavabdeh4 qarşı «əqdin etibarlı sayılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilməməsi nəzərə alınaraq İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh3, xxx və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında xx xxxxxx 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar