Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1399/2020 21.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı Səfərova (Hüseynova) Nurlana Mahir qızının etibarnamə üzrə nümayəndəsi X9, Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı Səfərova (Hüseynova) Nurlana Mahir qızının cavabdeh X4 qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səfərova (Hüseynova) Nurlana Mahir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün cavabdeh X2 tutulan 100 manat aliment miqdarının artırılaraq hər ay 170 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Səfərova (Hüseynova) Nurlana Mahir qızı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə xx xxxx 2010-cu il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2011-ci il tarixdə X10 adlı övladları olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(075)-4757/2016 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan anadan olan X10 onun himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin X2 alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşağın tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Onda olan məlumata görə cavabdehin aylıq qazancı yaxşıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Səfərova (Hüseynova) Nurlana Mahir qızının etibarnamə üzrə nümayəndəsi X11 iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh göstərdi ki, həqiqətən də cavabdeh X3 iddiaçı Səfərova (Hüseynova) Nurlana Mahir qızı ilə birgə nikahlarından xx xxxx 2011-ci il tarixdə Aytən adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan X10 iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-4757/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olan X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh «xxxxx» MMC-də baş mühasib işləyir və 250 manat maaş alır. Bundan başqa yenidən nikaha daxil olmuşdur və həmin nikahdan da iki uşağı var. Cavabdeh xx xxxx 2011-ci il təvəllüdlü X1 üçün aliment ödəməkdən imtina etmir. Lakin hazırda 110 manat aliment ödəyə bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndələrinin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Səfərova (Hüseynova) Nurlana Mahir qızı ilə X3 birgə nikahlarından xx xxxx 2011-ci il tarixdə Aytən adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-4757/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-4757/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat alimentin X2 tutulub Səfərova (Hüseynova) Nurlana Mahir qızına verilməsi qət edilmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2011-ci il təvəllüdlü X7 atası X8, anası isə Səfərova (Hüseynova) Nurlana Mahir qızıdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxx 2014-cü il təvəllüdlü X12 və xx xxxxxx 2016-cı il təvəllüdlü X5 ataları X8, anaları isə X6r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Səfərova (Hüseynova) Nurlana Mahir qızının Şəki Rayon Məhkəməsinin 2(075)-4757/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxx 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 Səfərova (Hüseynova) Nurlana Mahir qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-4757/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdeh X2 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq Səfərova (Hüseynova) Nurlana Mahir qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. X2 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1399/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1399/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver