Məhkəmə qərarları › İş №2(075)-1402/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1402/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1402/2020 12.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "İddiaçı" MMC-nin xeyrinə 2162.74 (iki min bir yüz altmış iki manat, yetmiş dörd qəpik) manat məbləğində borcun, 500 (beş yüz) manat məbləğində cərimə, ümumilikdə 2662.74 (iki min altı yüz altmış iki manat yetmiş dörd qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı MMC “Pasha Holding”in balansında olan bir şirkətdir. “Pasha Holding” qida sektoru üzrə böyük bir şirkətdir. İddiaçı MMC isə Sumqayıt şəhərində yerləşir, un və un mamulatlarının satışı ilə məşğuldur. Bildirmişdir ki, hal-hazırda şirkətləri cəbhə xəttində 2 kazarmanı himayəyə götürərək, həmin kazarmada olan əsgərləri tam təmənnasız çörək və şirniyyatla təmin edir. Göstərmişdir ki, Cavabdeh onların işçisi olmuşdur. Belə ki, cavabdehlə iddiaçı "İddiaçı” MMC arasında bağlanmış xx.xx.2015-ci iİ tarixli, M902-04774 saylı "çörək və un məmulatlarinin alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh “İddiaçı" MMC-dən nisyə götürdüyü müxtəlif çeşidli çörək məhsulları üzrə 2162.74 (iki min bir yüz altmış iki manat yetmiş dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli 22 saylı, xx.xx.2017-ci il tarixli 10 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı "Üzləşmə Akt”larında və xx.xx.2017-ci il tarixli "Qalıq borcun təsdiq edilməsinə daiq Akt” da həqiqətən "İddiaçı" MMC-yə borcunun olmasını təsdiq elmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq borcun ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh ’'İddiaçı ” MMC-yə olan 2162,74 (iki min bir yüz altmış iki manat yetmiş dörd qəpik) manat məbləğində borcunu hələ də ödəməmişdir. “İddiaçı" MMC-nin satmış olduğu müxtəlif çeşidli çörək məhsullarının müqabilində ödəniş edilməmiş, şirkətə vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və hu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Buna uyğun olaraq cavabdehin şirkətə 2162,74 (iki min bir yüz altmış iki manat yetmiş dörd qəpik) manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq cavabdehdən 500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması məqsədə uyğundur. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət olunaraq cavabdehə son olaraq xx.xx.2019-cu il tarixində Xəbərdarlıq göndərilmişdir, lakin cavabdeh tərəfindən indiyədək heç bir ödəniş edilməmişdir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə razı deyildir. Belə ki, cavabdehlə aralarında olan "Üzləşmə Akt”larında və xx.xx.2017-ci il tarixli "Qalıq borcun təsdiq edilməsinə daiq Akt”-da o öz borcunun ölmasını təsdiq etmiş və şirkətə həmin aktlar üzrə sonuncu ödənişini xx.xx.2019-cu il tarixdə etmişdir. Buna görə də iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin əvvəlki məhkəmə iclaslarında iştirak edən nümayəndəsi X3 digər nümayəndə X1 izahatına oxşar olan izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, İddiaçı MMC iddia tələbləri tamamilə əsassızdır və iddia ərizəsinə iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübut əlavə edilməmişdir. Belə ki, iddia tələbinə nəzər yetirdikdə görünür ki, iddiaçı guya onun tərəfindən iddiaçıya 2162,74 manat məbləğində borcunun olmasını qeyd etsə də, bununla bağı iddia ərizəsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2016-cı il tarixli 22 saylı, 01 02.2017-ci il tarixli 20 saylı, 01 03.2017-ci i il tarixli 33 saylı “Üzələşmə Aktlarında və xx.xx.2017-ci il tarixli “Qalıq borcun təsdiq edilməsinə dair Akt" da həqiqətən İddiaçı MMC-yə borcunun olmasını təsdiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı "Üzələşmə Akfında ümumiyyətlə onun adı mövcud deyil. Həmin aktda Abbasov Mais adlı şəxsin adı qeyd edilmişdir və o, həmin şəxsin kim olmasını bilmir. Həmçinin onun əlində 22 ədəd ödəniş qəbzi var ki, həmin qəbzlərdən də görünür ki, o, iddiaçıdan satış məqsədi ilə aldığı çörək məmulatının dəyərini tamamilə ödəmişdir. Həmçinin Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, iddia ərizəsindən də görünür ki, iddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 22 saylı, xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı “Üzələşmə Aktlarında və xx.xx.2017-ci il tarixli “Qalıq borcun təsdiq edilməsinə dair Akt” da həqiqətən İddiaçı MMC-yə borcunun olmasını təsdiq etmişdir. Göründüyü kimi iddiaçı ən son tarix kimi xx.xx.2017-ci il tarixə olan borcunu tələb edir. Lakin iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Bununla da iddiaçı qanunvericilikdə pul tələbi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Ona görə də hazırki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddiaçı “İddiaçı" MMC-nin ona qarşı "pul” tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli M902-04774 saylı çörək və un məmulatlarının alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında iddiaçı “Çörəkçi” əmtəə nişanlı müxtəlif çeşidli çörək və un məmulatlarını Cavabdeh, cavabdeh isə məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli, 22 saylı üzləşmə aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3536,32 manat borcu qalmışdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, 10 saylı üzləşmə aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3187,32 manat borcu qalmışdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, 33 saylı üzləşmə aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3125,90 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli "Qalıq borcun təsdiq edilməsinə daiq Akt”-dan görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3004,61 manat borcu qalmışdır. İş materiallarında olan M902-04774 saylı ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş etmiş və onun 2162,74 manat məbləğində borcu qalmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci iİ tarixli, M902-04774 saylı "çörək və un məmulatlarinin alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh “Çörəkçi” əmtəə nişanlı müxtəlif çeşidli çörək və un məmulatları verilmişdir. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə məhsulların verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC tərəfindən Cavabdeh “Çörəkçi” əmtəə nişanlı müxtəlif çeşidli çörək və un məmulatları verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə məktub göndərilərək obyektiv məhkəmə araşdırması zərurəti ilə əlaqədar məhkəmə iclasında iştirakının vacibliyi vurğulansa da o məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə göndərməklə kifayətlənmişdir. Cavabdehin məhkəməyə göndərdiyi etiraz və iddia müddətinin tətbiqinə dair ərizələrinin məzmunundan aydın olur ki, o, İddiaçı MMC-də işləməsini və şirkətə borcunun olmasını qəbul etmiş, lakin həmin borcunu ödədiyini bildirmişdir. Belə ki, o etraz ərizəsinə 2016-cı və 2017-ci il ödəniş qəbzlərini əlavə edərək borcunu tamamilə ödədiyini göstərmişdir. Lakin bununla belə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Bununla da cavabdeh iddianın əsaslılığını qəbul etmişdir. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsinə münasibətdə iddia müdəti tərbiq oluna bilməz. Çünki iş materialında olan M902-04774 saylı ödəniş cədvəlindən göründüyü kimi, cavabdeh iddiaçıya olan borcundan sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş etmişdir. Buna görə də iddia axımının başlanması xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddia müddəti xx.xx.2022-ci ildə bitdiyindən, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə iddianın 500 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli M902-04774 saylı çörək və un məmulatlarının alqı-satqı müqaviləsində cərimə barədə hər hansı müddəa nəzərdə tutulmamış, həmçinin iddiaçı iddia ərizəsində 500 manat cərimə məbləğini cavabdehin borcunu şirkətə vaxtında ödəməməsi və bununla da ziyana uğramaları ilə əsaslandırmış, buna görə də cavabdehdən 500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmə də bunu əsaslı hesab etmir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 467-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2162.74 manat borc və 30 manat dövlət rüsumu tutulmalı, əsassız olduğundan iddia 500 manat cərimə tələbi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2162.74 manat borc və 30 manat dövlət rüsumu dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar