Məhkəmə qərarları › İş №2(075)-1413/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1413/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1413/2020 12.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99679 olan Samsung Galaxy A50 markalı telefon üçün 510 manat ödənilməmiş hissə, 51 manat dəbbə olmaqla, cəmi 561 manat borc; xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75572 olan Samsung Galaxy A40 markalı telefon üçün 552 manat ödənilməmiş hissə, 55 manat dəbbə olmaqla, cəmi 607 manat borc olmaqla, cəmi 1168 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «xxxxxxxxxxx» MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «xxxxxxxxxxx» MMC məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bаğlаnmış xx xxx 2019-cu il tarixli, 00677071 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 800 manat olan İMEİ kodu **********99679 olan Samsung Galaxy A50 markalı 01 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 16 ay müddətinə ödəməyi (16 ay X 50 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bаğlаnmış xx xxxxxxx 2019-cu il tarixli, 00972733 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 557 manat olan İMEİ kodu **********75572 olan Samsung Galaxy A40 markalı telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 46 manat + 5 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğlərini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99679 olan Samsung Galaxy A50 markalı telefon üçün 510 manat ödənilməmiş hissə, 51 manat dəbbə olmaqla, cəmi 561 manat borc; xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75572 olan Samsung Galaxy A40 markalı telefon üçün 552 manat ödənilməmiş hissə, 55 manat dəbbə olmaqla, cəmi 607 manat borc olmaqla, cəmi 1168 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 295 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 00677071 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 800 manat olan İMEİ kodu **********99679 olan Samsung Galaxy A50 markalı 01 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 2 ay müddətinə ödəməyi (16 ay X 50 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 00972733 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 557 manat olan İMEİ kodu **********75572 olan Samsung Galaxy A40 markalı telefon əldə etmiş, borc məbləğini 2 ay müddətinə ödəməyi (12 ay X 46 manat + 5 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü mobil telefon və televizorun dəyərini hər ay hissə-hissə ödəməklə 2 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bаğlаnmış xx xxx 2019-cu il tarixli, 00677071 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 800 manat olan İMEİ kodu **********99679 olan Samsung Galaxy A50 markalı 01 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 16 ay müddətinə ödəməyi (16 ay X 50 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bаğlаnmış xx xxxxxxx 2019-cu il tarixli, 00972733 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 557 manat olan İMEİ kodu **********75572 olan Samsung Galaxy A40 markalı telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 46 manat + 5 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafikləri üzrə ödəməli olan pul məbləğlərini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx xxx 2019-cu il tarixli, 00677071 saylı müqaviləyə əsasən 510 manat ödənilməmiş hissə, 51 manat dəbbə borcu, həmçinin xx xxxxxxx 2019-cu il tarixli, 00972733 saylı müqaviləyə əsasən 552 manat ödənilməmiş hissə, 55 manat dəbbə borcu olmaqla, cəmi 1168 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 295 manat təşkil edir. Bu səbəbdən də «xxxxxxxxxxx» MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı«xxxxxxxxxxx» MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin xx xxx 2019cu il tarixli, 00677071 saylı müqavilə üzrə 51 manat və xx xxxxxxx 2019-cu il tarixli, 00972733 saylı müqavilə üzrə 55 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99679 olan Samsung Galaxy A50 markalı telefon üçün 510 ( beş yüz on) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə olmaqla, cəmi 530 (beş yüz otuz) manat borc; xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75572 olan Samsung Galaxy A40 markalı telefon üçün 552 (beş yüz əlli iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) manat borc olmaqla, cəmi 1102 (bir min yüz iki) manat borc Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99679 olan Samsung Galaxy A50 markalı telefon üçün 510 ( beş yüz on) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə olmaqla, cəmi 530 (beş yüz otuz) manat borc; xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75572 olan Samsung Galaxy A40 markalı telefon üçün 552 (beş yüz əlli iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) manat borc olmaqla, cəmi 1102 (bir min yüz iki) manat borc Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar