Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-143/2022 15.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ziyanla bağlı 9200 (doqquz min iki yüz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 112,40 (bir yüz on iki manat, 40 qəpik) dövlət rüsumunun, ümumilikdə 9312,40 (doqquz min üç yüz on iki manat, 40 qəpik) məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil sonradan məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 8000 (səkkiz min) manat pulun və dövlət büdcəsinə ödənilmiş 112,40 (bir yüz on iki manat, 40 qəpik) dövlət rüsumunun, cəmi 8112.40 (səkkiz min yüz on iki manat, 40 qəpik) məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin azaldılmasına dair ərizə MPM-nin müddəalarına əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, İddiaçı bundan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyətində olan Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdə əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş elmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair ilk iddiası, həmçinin cavabdehlərin İddiaçı qarşı Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Belə ki, ilk iddia təmin edilərək cavabdehlərin İddiaçı məxsus Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı 4400 ABŞ dolları məbləğində pul ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Miilki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, İddiaçı məhkəmə iclaslarındakı izahatlarında göstərmişdir ki, o, aldığı evin pulunu tam şəkildə Cavabdeh1 ödəmişdir. Hətta evin alınması üçün razılaşdırılmış 25000 manatdan əlavə olaraq o, cavabdehlərə 3000 manat da ödəniş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 2018-ci ildə həmin evdən özünə düşən hissəni Röyala verməyi (satmağı) qərara almış, bunun müqabilində Röyal ona cəmi 28000 manat pul vermişdir. Bundan sonra Röyal həmin evi alqı satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. Belə ki, 30.10.2018-ci il tarixdə yazılmış və notarial təsdiqlənmiş ərizədə qeyd edilir ki, "yuxarıda göstərilən yaşayış mənzilini 08.08.2018-ci ildə İddiaçı satdım. 25000 manata razılaşma yolu ilə satdım və həmin məbləğdən 10 000 manat beh aldım. Qalan 15000 manat razılaşma yolu ilə ödəniləcək”. Həmin ərizənin arxa hissəsinə isə Cavabdeh1 İddiaçı 2018ci il tarixdə 10000 manat və 2018-ci il tarixdə 2000 manat aldığı özlərinin və şahidlərin, o cümlədən Cavabdeh2 imzaları ilə təsdiq olunur. 06.10.2019-cu il tarixdə yazılmış və notarial təsdiqlənmiş iltizamda qeyd edilir ki, “Bağbanlar küçəsi ev 35a-da yaşayan mənzilimi 08.08.2018-ci ildə İddiaçı 25000 manata satdım. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan qalan 6000 manatı aldım. 2020-ci ilin mart ayının axırında 31 rayon Bağbanlar küçəsi ev 35a ünvanında yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəmə götürürəm”. Cavabdeh1 yazdığı ərizə və iltizamların məzmunundan İddiaçı ona razılaşdıqlarından artıq məbləğ ödədiyi məlum olur. Belə ki, ev İddiaçı 25000 manata satılmışdır. İddiaçı isə cavabdehə 25000 manat deyil, 28000 manat pul ödəniş etmişdir. Yəni, danışılandan və razılaşdıqlarından 3000 manat artıq cavabdehə ödəniş etmişdir. Bundan başqa, 06.10.2019-cu il tarixli ərizədə 25000 manat pul məbləğinin 5000 manatı Cavabdeh2 düşən payın olması qeyd edilsə də, həmin məbləğ Minayəyə deyil, Məhəbbətə ödənilmişdir. Məhkəmə kollegiyası da qeyd etmişdir ki, iddiaçı gələcəkdə Cavabdeh1 artıq ödədiyi məbləği tələb elmək hüququnu özündə saxlayır. Göründüyü kimi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, həqiqətən İddiaçı tərəfindən Cavabdeh1 8000 manat artıq pul ödənilmişdir. Bildirmişdir ki, iddiaçı qeyd edilən pul məbləğlərini Cavabdeh1 ödəyərkən digər Cavabdeh2 da onun yanında olmuşdur. Bundan əlavə göstərmişdir ki, məhkəməyə iddia verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq 112 manat dövlət rüsumu ödəmişlər. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının əlavə olaraq ödəmiş olduğu 8000 (səkkiz min) manat pulun və dövlət büdcəsinə ödəmiş olduğu 112,40 (bir yüz on iki manat, 40 qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı da məhkəmə iclasında nümayəndəsi (vəkili) Vəkil vermiş olduğu izahata oxşar olan eyni məzmunlu izahat vermişdir. Həmçinin məhkəmə iclasında ona ünvanlanmış suallara cavabında bildirmişdir ki, Cavabdeh2 onun baldızı, Cavabdeh1 isə onun həyat yoldaşının bibisidir. Minayə qeyri-rəsmi olaraq Məhəbbətə övladlığa verilmiş və onlar uzun müddətdir ki, bir yerdə yaşayırlar. Göstərmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan razılaşmaya əsasən evlə əlaqədar bütün pulları Cavabdeh2 deyil, şəxsən Cavabdeh1 vermişdir. Lakin pulları Cavabdeh1 verərkən digər Cavabdeh2 da onların yanında olmuşdur. Hesab edir ki, vermiş olduğu pullardan Minayəyə də müəyyən məbləğ çatmışdır. Həmçinin göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə onun cavabdehlərə 8000 (səkkiz min) manat əlavə pul ödəməsi müəyyən olunmuşdur. Onun buna qədər cavabdehlərə əlavə pul ödəməsindən xəbəri olmamışdır. Çünki o pulları bir böyük kimi Cavabdeh1 vermiş və hesab etmişdir ki, evə görə vermiş olduğu pul cavabdehlərin hər ikisinə çatmışdır. Lakin Apellyasiya məhkəməsi evdə olan payına görə pulu şəxsən Cavabdeh2 vermədiyinə görə ondan Minayənin xeyrinə 4400 dollar pulun alınıb verilməsini qərara almışdır. Göstərmişdir ki, onun cavabdehlərə əlavə olaraq 8000 manat pul ödəməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsini əldə edib oxuduqdan sonra bilmişdir. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə əlavə olaraq ödəmiş olduğu 8000 (səkkiz min) manat pulun və dövlət büdcəsinə ödəmiş olduğu 112,40 (bir yüz on iki manat, 40 qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh1 və Cavabdeh2 26.01.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi əlavə 3000 manat onlara ödənməmiş, onlardan xəbərsiz evi öz adına rəsmiləşdirərkən xərcləmişdir. Belə ki, evi öz adına rəsmiləşdirən şəxs özü həmin xərcləri qarşılamalıdır. Bildirmişdir ki, İddiaçı qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 2018-ci ildə həmin evdən özünə düşən hissəni Röyala verməyi (satmağı) qərara almış, bunun müqavilində Röyal ona cəmi 2800 manat pul vermişdir. Bundan sonra Röyal həmin evi alqı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. Belə ki, 30.10.2018-ci il tarixdə yazılmış və notarial təsdiqlənmiş ərizədə qeyd edilir ki, "yuxarıda göstərilən yaşayış mənzilini 08.08.2018-ci ildə İddiaçı satdım. 25000 manata razılaşma yolu ilə satdım və həmin məbləğdən 10 000 manat beh aldım. Qalan 15000 manat razılaşma yolu ilə ödəniləcək”. Həmin ərizənin arxa hissəsinə isə Cavabdeh1 İddiaçı 2018-ci il tarixdə 10000 manat və 2018-ci il tarixdə 2000 manat aldığı özlərinin və şahidlərin, o cümlədən Cavabdeh2 imzaları ilə təsdiq olunub. 06.10.2019-cu il tarixdə yazılmış və notarial təsdiqlənmiş iltizamda qeyd edilir ki, “Bağbanlar küçəsi, ev 36 A-da yaşayan mənzilini 08.08.2018-ci ildə İddiaçı 25000 manata satdım. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan qalan 6000 manatı aldım. 2020-ci ilin mart ayının axırında 31-ci rayon Bağbanlar küçəsi, ev 35A ünvanında yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəmə götürürəm”. Məhəbbət İbarhimxəlilovanm yazdığı ərizə və iltizamların məzmunundan İddiaçı ona razılaşdıqlarından artıq məbləğ ödədiyi məlum olur. Belə ki, ev İddiaçı 25 000 manata satılmışdır. O isə cavabdehə 25 000 manat deyil, 28 000 manat pul ödəniş etdiyini vurğulamışdır. Yəni, danışılandan 3000 manat artıq ona ödəniş etmişdir. Bundan başqa, 06.10.2019-cu il tarixli ərizədə 25000 manat pul məbləğinin 5000 manatı Cavabdeh2 düşən payın olması qeyd edilsə də, həmin məbləğ Minayəyə deyil, Məhəbbətə ödənilmişdir. Məhkəmə kollegiyası da qeyd etmişdir ki, iddiaçı gələcəkdə Cavabdeh1 artıq ödədiyi məbləği tələb etmək hüququnu özündə saxlayır. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, “həqiqətən tərəfindən Cavabdeh1 8000 manat artıq pul ödənilmişdir. Həmin pulu hazırda ondan tələb etməkdə haqlıyam”. Bildirmişdir ki, 06.10.2019-cu il tarixdə yazılmış və notarial təsdiqlənmiş iltizamdan görünür ki, Bağbanlar küçəsi, ev 36A-da yaşayan X3 mənzili 08.08.2018-ci ildə X10 25000 manata satmış və 06.10.2019-cu ildə həmin 25000 manatdan qalmış 6000 manat borc məbləğini də ödəmişdir. Buradan da aydın görünür ki, X1 Məhəbbət Nəsib qızına 25000 manatdan 19000 manatını əvvəlcədən hissə-hissə ödəmiş, qalan 6000 manat borcunu isə 06.10.2019-cu il tarixdə ödəmişdir. Belə olduqda hansı artıq ödənilmiş məbləğdən söhbət gedə bilər. Eyni zamanda əgər iddiaçı X11 onlara artıq pul ödəmişdirsə, nəyə görə 2020-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ona məxsus Səki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 savlı evdən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən bu pulu tələb etməmişdir? Evi razılaşma əsasında 25000 manata Cavabdeh1 satmışdırsa, nəyə görə onlara artıq pul ödəməli idi? Bundan başqa Səki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsində “iddiaçı gələcəkdə Cavabdeh1 artıq ödədiyi məbləği tələb etmək hüququnu özündə saxlayır" qeyd edilməsi isə Röyalın Cavabdeh1 artıq pul ödəməsi anlamına gətirmir. Eyni zamanda iddiaçı bununla bağlı cavabdehlərin hər ikisinə qarşı yox, yalnız Cavabdeh1 qarşı iddia qaldıra bilərdi. İddianın hüquqi əsası düzgün qoyulmamışdır. İddiaçı onlardan ona dəymiş ziyanı tələb edir. Halbuki, tərəflərindən iddiaçıya qarşı hər hansı bir qanunsuz, hüquqazidd hərəkət edilməmişdir. Hazırda iddiaçı X11 hesab edir ki, Cavabdeh1 artıq pul ödəmişdir və bu pulu ondan tələb edir. Onun fərziyələri qəbul edilsə belə, bu halda iddianın hüquqi əsasını əsassız varlanma təşkil etməlidir. Göründüyü kimi iddiaçı X11 2018-ci ildə Cavabdeh1 artıq pul verdiyini, bununla da cavabdehin əsassız varlandığını hesab edir. Belə olduqda 2018-ci ildən artıq ödədiyi pulun qaytarılması ilə bağlı iddia qaldırdığı günə qədər 2 ildən artıq müddət keçdiyi üçün, əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşmüşdür. Sözügedən bu müddət iddia müddəti olmayıb, kəsici müddətdir. Kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məhkəmə kəsici müddətin keçməsi səbəbi ilə aradan qalxmış olan bir hüququn təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın, hüququn mövcudiyyəti də aradan qalxdığına görə, iddia təmin edilməməlidir. Buna görə də iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr özləri nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də işdən kəsici müddətlərin ötürülməsinin məlum olduğu hallarda, məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqazidd bir şəkildə pozmuş olur. Sonda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan 30 oktyabr 2018-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri, Bağbanlar küçəsi, ev 35 ünvanında yerləşən yaşayış mənzilini 08 avqust 2018ci il tarixdə İddiaçı 25000 (iyirmi beş min) manat məbləğə razılaşma yolu ilə satmış və həmin məbləğdən 10000 (on min) manat beh almış, qalan 15000 (on beş min) manat məbləği razılaşma yolu ilə ödəniləcəkdir. İşdə olan 29 aprel 2019-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 15 aprel 2019-ci il tarıxdə İbrahimxəlilova Minayə, Hakverdiyeva Arifə, Çələbiyeva Elmiranın şahidliyi ilə İddiaçı 10000 (on min) manat pul almışdır. X5 29 aprel 2019-cu il tarixdə İddiaçı 2000 (iki min) manat pul almışdır. Yerdə qalan 4000 (dörd min) manat tez vaxtda razılaşma yolu ilə veriləcək. İşdə olan 06 oktyabr 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 manat məbləğə satmışdır. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan 6000 manatı almışdır. 2020-ci ilin mart ayının axırında 31 r/n Bağbanlar küçəsi, ev 35a da yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsindən görünür ki, Şəki rayon məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri, Bağbanlar küçəsi, ev 117) evdən əşyaları ilə birlikdə çıxarılması, İddiaçı 4400 ABŞ dolları məbləğində pul ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməsi qətt edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(102)-4436/2021 saylı qərarından görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-219/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qarşılıqlı iddianın təmin olunmuş hissəndə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Şəki Regional vəkil bürosu tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 415 saylı arayışdan görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi barədə 06.10.2020-ci il tarixli, 520 saylı müqavilə üzrə 500 manat, 09.04.2021-ci il tarixli, 133 saylı müqavilə üzrə 300 manat və 09.04.2021-ci il tarixli, 134 saylı müqavilə üzrə 400 manat, ümumilikdə 1200 manat vəkilə göstərəcəyi hüquqi xidmət müqabilində Şəki regional vəkil bürosunun bank hesabına ödəniş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, Cavabdeh1 8000 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsininin təsviri hissəsindən görünür ki, Cavabdeh1 qanuni və müqavilə əsası olmadan İddiaçı 8000 manat pulu əldə etməklə varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikası MPM-nin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarının məzmununda qeyd edilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı omayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli Qərarında qeyd olunur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Həmçinin C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06.06.2014-cü il tarixli Qərarında isə qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyası yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Oxşar hüquqi mövqe insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarında qeyd olumuşdur ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsininin təsviri hissəsində müəyyən edilmişdir ki, Cavabdeh1 qanuni və müqavilə əsası olmadan İddiaçı 5000 manat və 3000 manat olmaqla, cəmi 8000 manat pul əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(102)-4436/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılması qərara alınmış və qətnamələr qanuni qüvvəsini almışdır. Görünüdüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsininin təsviri hissəsində Cavabdeh1 İddiaçı 8000 manat pul almasının müəyyən edilməsi MPM-nin 82.3-ci maddəsinə əsasən sübut etməkdən azad olmaq üçün əsaslardan biridir. Buna görə də qeyd edilən fakt bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə qanunla yol verilmir. İddia tələbindən görünür ki, iddiaçı 8000 manat pulu həm Cavabdeh1 həm də Cavabdeh2 tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı 8000 manat pulu Cavabdeh1 tələb etməkdə haqlı olsa da Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsində müəyyən edilmişdir ki, iddiaçı 8000 manat pulu Cavabdeh1 vermişdir. Hazırkı məhkəmə iclasında da müəyyən edilmişdir ki, iddiaçı 8000 manat pulu Cavabdeh2 yanında və onun iştirakı ilə Cavabdeh1 vermişdir. Yəni iddiaçı Cavabdeh2 hər hansı pul məbləği verməsi müəyyən olunmamışdır. İddiaçı aralarında olan razılaşmaya görə evlə bağlı payına münasibətdə Cavabdeh2 hər hansı pul məbləği vermədiyindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)- 219/2021 saylı qətnaməsi ilə qarşılıqlı iddia təmin olunaraq iddiaçıdan 4400 dollar pulun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı 8000 manat pul ödənişini cavabdehlərdən yalnız Cavabdeh1 verdiyindən həmin pulu da ancaq ondan tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin cavabdehlərin etiraz ərizələrində qeyd etdikləri əsassız varlanmaya görə 2 illik iddia müddətinin tətbiqi ilə bağlı vəsatətlərinə münasibət bildirərək göstərir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən - Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi cavabdehlər iddiaçının onun hüququnun pozulmasının ona hansı vaxtdan məlum olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı məhkəmə iclasında ona ünvanlanan suallara cavabında göstərmişdir ki, onun cavabdehlərə əlavə olaraq 8000 manat pul ödəməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsini əldə edib oxuduqdan sonra bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlrının bildiyi vaxt ən (apellyasiya məhkəməsi qətnaməsinin iddiaçıya göndərilməsi müddəti nəzərə alnmasa) azından 16 mart 2021-ci il tarixidir. Belə olan halda 16.03.2021-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu 03.11.2021-ci il tarixədək yalnız 8 ayadək vaxt keçmiş, lakin 2 illik bir müddət keçməmişdir. 2 illik müddətin keçməsi vaxtı isə 16.03.2023-cü il tarixindən sonraya təsadüf etməsi müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər İddiaçı onlara 8000 manat pul verməsi ilə bağlı onun pozulmuş hüququnun bilməsinin dəqiq tarixi ilə bağlı sübut təqdim etmədiklərindən və ya edə bilmədiklərindən hazırkı iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh1 8000 (səkkiz min) manat pul və 112.40 manat məbləğində ödənilmiş dövlət rüsumu xərci alınaraq İddiaçı ödənilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 112.40 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 8000 (səkkiz min) manat pul və 112.40 manat məbləğində ödənilmiş dövlət rüsumu xərci alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi andan 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-143/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-143/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver