Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1434/2024 02.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki ŞRPŞ-nə “mənəvi zərərin ödənilməsi” qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki ŞRPŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların 25 noyabr 2023-cü ildə dinc şəkildə dini etiqadlarını bölüşdüklərinə görə cavabdeh Polis Şöbəsi tərəfindən saxlanılması, həbsi, şifahi təhqir olunması, alçaldılması və iddiaçıların şəxsi ədəbiyyatının müsadirə olunması qanunsuz və onların əsas hüquq və azadlıqlarını pozmasının bəyan olunması, cavabdehin üzərinə onları saxladıqları, şifahi təhqir etdikləri və alçaltdıqlarına görə, razılıq, məhkəmə qərarı və axtarış üçün order olmadan evlərində axtarış apardıqlarına görə, onların şəxsi nəşrlərini müsadirə etdiklərinə görə dərhal açıq şəkildə üzr istəmək öhdəliyinin qoyulması, dərhal Yehovanın şahidlərinin öz dinlərinə etiqad etmək hüquqlarını qoruyacaqları haqqında açıq elan çıxarılması və onların, bu hüquqları pozan hökumət nümayəndələri də daxil olmaqla, istənilən şəxsə qarşı tədbir görülməsi, cavabdehin 25 noyabr 2023-cü ildə yol verdiyi qanunsuz hərəkətlərinə görə hər birinə dəymiş mənəvi zərərin əvəzində 500 manat və ya məhkəmənin təyin edəcəyi digər məbləğdə təzminat ödəməsi, cavabdehin üzərinə onların məhkəmə və digər qeyri-məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki ŞRPŞ-nə “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcı formasında deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. Bütün bunlara görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki ŞRPŞ-nə “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-1434/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1434/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver