Məhkəmə qərarları › İş №2(075)-1439/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1439/2020

22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1439/2020 22.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X10, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-1134/2014 nömrəli, xx xxxx 2014-cü il tarixli qətnaməsinə əsasən xx xxxx 2005-ci il tarixdə anadan olmuş X4 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 30 (otuz) manat alimentin miqdarının 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğinə artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx xxxxxxx 2004-cü il tarixdə cavabdehlə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2005-ci il təvəllüdlü X9 və xx xxx 2007-ci il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. Lakin bir müddət sonra münasibətləri pozulmuş və o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1134/2014 nömrəli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx xxxx 2005-ci il tarixdə anadan olmuş X9 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X6 onun himayəsində saxlanılması, Cavabdeh hər ay hər uşaq üçün 30 (otuz) manat aliment alınaraq xx xxxx 2005-ci il tarixdə anadan olmuş X9 və xx xxx 2007ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Hazırda o, uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır və uşaqlar da Bakı şəhərində məktəbə gedirlər. 2014-cü ildən sonra alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Lakin artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşaqlarının həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına azlıq edir və uşaqların normal təminatını ödəmir. Dələlərlə icra şöbəsinə müraciət elməsinə baxmayaraq cavbdeh bu günə kimi müxtəlif bəhanələrlə məhkəmə tərəfindən təyin olunmuş alimenti belə ödəməkdən yayınır. Həmçinin göstərmişdir ki, cavabdeh ikinci dəfə də nikaha daxil olmuş və onun həmin nikahdan bir uşağı vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X16 da İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, xx xxxxxxx 2004-cü il tarixdə iddiaçı ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2005-ci il təvəllüdlü X9 və xx xxx 2007-ci il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. Lakin bir müddət sonra münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1134/2014 nömrəli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx xxxx 2005-ci il tarixdə anadan olmuş X9 və xx xxx 2007ci il tarixdə anadan olmuş X6 onun himayəsində saxlanılması, Cavabdeh hər ay hər uşaq üçün 30 (otuz) manat aliment alınaraq xx xxxx 2005-ci il tarixdə anadan olmuş X9 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Lakin o, sonrdan Nayibə adlı şəxslə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və həmin nikahdan da, xx xxxxxx 2016-cı il təvəllüdlü X7 adlı uşağı olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-3680/2018 saylı qətnaməsi ilə onunla X8 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1108/2019 saylı qətnaməsi ilə xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlika yaşına çatanadək saxlanılması üçün 120 manat alimentin ondan tutularaq X12 verilməsi qət edilmişdir. Hazırda o, heç bir yerdə işləmir. Təyin edilmiş aliment məbləğlərini belə ödəməkdə çətinlik çəkir. Həmçinin özünə məxsus evini uşaqlarına verməyə razıdır. Lakin maddi imkanı aşağı olduğundan aliment məbləğini ödəyə bilməyəcəkdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1134/2014 nömrəli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında Şəki şəhər İHB-nın Aşağı Göynük kəndi üzrə nümayəndəliyində bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 26 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxx 2005-ci il tarixdə anadan olmuş X9 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X6 anaları X1 himayəsində saxlanılmaları, Cavabdeh hər ey hər uşaq üçün 30 (otuz) manat aliment alınaraq xx xxxx 2005-ci il tarixdə anadan olmuş X4 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Şəki rayonu Aşağı Göynük kəndində yaşayan X3 verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqlarınıntələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə bundan başqa nikahdan olan uşağı üçün də aliment ödədiyini və maddi imkanı olmadığından aliment ödəməkdə çətinlik çəkdiyini bildirərək, qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1134/2014 nömrəli qətnaməsinin təsdiq edilmiş surətidən görünür ki, X5 ilə Cavabdeh arasında Şəki şəhər İHB-nın Aşağı Göynük kəndi üzrə nümayəndəliyində bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 26 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxx 2005-ci il tarixdə anadan olmuş X9 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X6 anaları X1 himayəsində saxlanılmaları, Cavabdeh hər ey hər uşaq üçün 30 (otuz) manat aliment alınaraq xx xxxx 2005-ci il tarixdə anadan olmuş X4 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Şəki rayonu Aşağı Göynük kəndində yaşayan X3 verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-3680/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Şəki Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1108/2019 saylı qətnaməsindən görünür ki, ilə xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlika yaşına çatanadək saxlanılması üçün 120 manat alimentin Cavabdeh tutularaq X12 verilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1134/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxx 2005-ci il təvəllüdlü X9 və xx xxx 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin başqa nikahdan olan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğində aliment ödəməsini nəzərə alaraq iddianın qismən təmin edilməsini məqsədəmüvafiq heasb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxx 2005-ci il təvəllüdlü X9 və xx xxx 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1134/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2005-ci il təvəllüdlü X9 və xx xxx 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)- 1134/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar