Məhkəmə qərarları › İş №2(075)-1448/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1448/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1448/2020 22.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 10402.78 ABŞ dolları əsas, 1122.40 ABŞ dolları faiz, 1770.1 ABŞ dolları cərimə olmaqla, cəmi 13295.28 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə xx xxxxxx 2015-ci il tarixdə baxılaraq ərizənin təmin edilməsi barədə 2(075)- 4671/2015 saylı məhkəmə əmri çıxarılmışdır. Cavabdeh1 məhkəmə əmrinə etiraz təqdim etdiyindən xx xxxxxx 2015-ci il tarixli 2(075)-4671/2015 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxx 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarşısında xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını bu günədək təmin etməmişlər. Hazırda cavabdehlərin İddiaçı-yə 10402.78 ABŞ dollarıəsas, 1122.40 ABŞ dolları faiz, 1770.1 ABŞ dolları cərimə borcları vardır. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsirə altına düşməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasınagəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə, 12750 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan, xx xxxxx 2014-cü il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh1 İddiaçı-dən 12750 ABŞ dolları (4750+8000) pulu həmin tarixdə qəbzlərə imza etməklə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 12750 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə 36 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan, xx xxxxx 2014-cü il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 İddiaçı qarşısındakı xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı iləCavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasənCavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə12750 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 1770.1 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək 12750 ABŞ dolları pulun Cavabdeh1 verilməsinə baxmayaraq sonuncu kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10402.78 ABŞ dolları əsas, 1122.40 ABŞ dolları faiz və 70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11595.18 ABŞ dolları borc(qətnamə icra olunan günə manata məzənnəsi üzrə) tutularaq İddiaçı-nin xeyrinə ödənilməlidir. Tənasübsüz dərəcədə yüksək hesablandığından 1770.1 ABŞ dolları cərimə tələbinin 1700.1 ABŞ dollarına dair hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq onun 20 manatı İddiaçı-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10402.78 ABŞ dolları əsas, 1122.40 ABŞ dolları faiz və 70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11595.18 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) İddiaçı-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq onun 20 manatı İddiaçı-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar