Məhkəmə qərarları › İş №2(075)-1457/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1457/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1457/2021 05.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı «16 noyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində 16 noyabr 2015-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir) dərəcəsi ilə hesablanmış 430.42 (dörd yüz otuz manat qırx iki qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş) dərəcəsi ilə hesablanmış 953.17 (doqquz yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində penya olmaqla, cəmi 1560.58 (bir min beş yüz altmış manat əlli səkkiz qəpik) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC "xxxx" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 16 noyabr 2012ci il tarixli, **********12 №li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd) faiz olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə X2 arasında 16 noyabr 2012-ci il tarixli, 192008/0051/12/15 №li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Borc alan tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı ASC "xxxx" Bankı tərəfindən “Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zamindən tutulması haqqında” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 №li Qətnaməsi ilə (bundan sonra “Qətnamə” adlandırılacaq) Kredit müqaviləsi üzrə 2218.97 (iki min iki yüz on səkkiz manat 97 qəpik) manat məbləğində əsas borcun, 184.01 (bir yüz səksən dörd manat 01 qəpik) manat məbləğində adi faiz borcunun, 26 may 2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 43.9 manat məbləğində cərimə faizləri olmaqla, cəmi 2446.88 manat borc məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X1 müştərək qaydada iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra icraatı qaydasında tam şəkildə icra olunmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi 16 noyabr 2015-ci il tarixinədək hesablanmış və ödənilməmiş 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması 01 aprel 2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, 01 aprel 2020-ci il tarixinə bu məbləğ 953.17 (doqquz yüz əlli üç manat 17 qəpik) manat təşkil edir. Yuxarıda göstərilənlərdən başqa kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Hazırkı iddia ərizəsinə eyninövlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları» tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərin 30 iyun 2019-cu il tarixdən 31 mart 2021-ci il tarixdək illik faiz dərəcəsi 21 % (iyirmi bir) təşkil edir. Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 16 noyabr 2015-ci il tarixdən 05 mart 2021-ci il tarixə qədər (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) əldən çıxmış faydanın hesablanmasında AR MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5 %) və müvafiq arayışlarda göstərilmiş orta faiz dərəcəsini (illik 21 %) əldə rəhbər tutmağı (müvafiq faiz dərəcələri yuxarıda qeyd edilmiş dövrlər üzrə nəzərə alınmaqla) əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (16.11.2015-ci il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (05.03.2021-ci il) olan dövr üçün bu məbləğ 430.42 (dörd yüz otuz manat 42 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair 06 may 2021-ci il tarixli, 247 №li xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Bu səbəbdən də ASC "xxxx" Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, həqiqətən də ASC "xxxx" Bankı ilə arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən ona 36 ay müddətinə, illik 24% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X2 arasında 16 noyabr 2012-ci il tarixli, 192008/0051/12/15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin X2 onun kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Tərəfindən kredit müqaviləsinə əsasən ödənişlər gecikdirildiyindən ASC "xxxx" Bankı tərəfindən məhkəməyə müraciət edilmiş, Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 2218.97 manat məbləğində əsas borc, 184.01 manat məbləğində adi faiz borcu və 43.9 manat penya olmaqla, cəmi 2446.88 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan və zamin X1 müştərək qaydada iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 nömrəli qətnaməsi qəbul edildikdən ümumilikdə 2446.88 manat məbləğində ödəniş həyata keçirmiş və qətnamə üzrə müəyyənləşdirilmiş borc tam şəkildə icra edilmişdir. ASC "xxxx" Bankı 13 aprel 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödənildiyini bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırda onun ASC "xxxx" Bankına heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işdə olan 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)- 3331/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə 2218.97 manat məbləğində əsas borc, 184.01 manat məbləğində faiz borcu və 26 may 2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 43.9 manat məbləğində cərimə faizləri olmaqla, cəmi 2446.88 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X1 müştərək qaydada tutularaq ASC "xxxx" Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işdə olan ASC "xxxx" Bankı tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış 13 aprel 2021-ci il tarixli, 195 saylı arayışdan görünür ki, 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı icra sənədi ilə ödənilməli olan məbləğ tərəfindən tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsinə əsasən ASC "xxxx" Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı qətnaməsinin ilə 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə 2218.97 manat məbləğində əsas borc, 184.01 manat məbləğində faiz borcu və 43.9 manat cərimə olmaqla, cəmi 2446.88 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X1 müştərək qaydada tutularaq ASC "xxxx" Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh 31 may 2020-ci il tarixdə 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə öhdəlikləri tam şəkildə icra etmiş və Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. ASC "xxxx" Bankı 25 iyun 2021-ci il tarixdə məhkəməyə yenidən müraciət edərək 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində 16 noyabr 2015-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir) dərəcəsi ilə hesablanmış 430.42 (dörd yüz otuz manat qırx iki qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş) dərəcəsi ilə hesablanmış 953.17 (doqquz yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində penya olmaqla, cəmi 1560.58 (bir min beş yüz altmış manat əlli səkkiz qəpik) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ASC "xxxx" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İddiaçı ASC "xxxx" Bankı Cavabdeh 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində 16 noyabr 2015-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir) dərəcəsi ilə hesablanmış 430.42 (dörd yüz otuz manat qırx iki qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş) dərəcəsi ilə hesablanmış 953.17 (doqquz yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində penya olmaqla, cəmi 1560.58 (bir min beş yüz altmış manat əlli səkkiz qəpik) manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etsə də, ASC "xxxx" Bankı tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli, 195 saylı arayışla görünür ki, 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tam olaraq ödənildiyi müəyyən edilmişdir. İddiaçı ASC "xxxx" Bankı tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş arayışı daha əsaslı və Cavabdeh ASC "xxxx" Bankına olan borcunun müəyyənləşdirilməsində məhz həmin arayışa istinad edilməsini doğru hesab edir. Bu səbəbdən də ASC "xxxx" Bankı 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində 16 noyabr 2015-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir) dərəcəsi ilə hesablanmış 430.42 (dörd yüz otuz manat qırx iki qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş) dərəcəsi ilə hesablanmış 953.17 (doqquz yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində penya olmaqla, cəmi 1560.58 (bir min beş yüz altmış manat əlli səkkiz qəpik) manat pul vəsaitini Cavabdeh tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı «16 noyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: ASC "xxxx" Bankının Cavabdeh qarşı 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında 176.98 manat məbləğində 16 noyabr 2015-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5% dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21% dərəcəsi ilə hesablanmış 430.42 manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 953.17 manat məbləğində penya olmaqla, cəmi 1560.58 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC "xxxx" Bankının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar