Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1459/2020 27.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla, cımi 500 manat alimentin tutularaq xx xxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxxx 2020-ci il tarixə saat 09:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh nümayəndəsi X4 isə məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdəməhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onun iştirakı olmadan baxılmasını tələb etməmiş İddiaçı məhkəməyə gəlməmiş, Cavabdeh nümayəndəsi X4 isə məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını xahiş etmir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1459/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1459/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver