Məhkəmə qərarları › İş №2(075)-1464/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1464/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1464/2021 30.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1705.83 manat əsas borc, 5.62 manat faiz borcu olmaqla, cəmi 1711.45 manat borc və 30 manat dövlət rüsumunun tutulması, 14 avqust 2019-cu il tarixli, 49-19-23- 095716 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Lakin, Azərbaycan Respublikasının MPM-nin 284-4-cü maddəsi rəhbər tutularaq ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qanunveriviliyin tələblərindən də göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin ləğvi barədə iddialara sadələşdirilmiş iddia icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Lakin İddiaçı ASC hazırkı tələbində Cavabdeh ilə aralarında bağlanmış 14 avqust 2019-cu il tarixli, 49-19-23-095716 saylı kredit müqaviləsinin ləğv edilməsini də tələb edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş iddia qaydasında iddiası üzrə tələbində haqlı olması hazırda mübahisəlidir. Odur ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizəsinin qəbul olunmasından imtina olunsun. İddiaçı ASC-yə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin Qərardaddan şikayət verilə bilməz. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar