Məhkəmə qərarları › İş №2(075)-1468/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1468/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1468/2020 18.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 328.68 manat əsas, 69.74 manat faiz, 71.68 manat cərimə borcu olmaqla, ümumilikdə 470.1 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxx» İKB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı «xxxx» İKB ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik faiz dərəcəsi 40 faiz olmaqla 468 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. «FİNtrend» BOKT ilə «xxxxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 729 nömrəli, xx xxx 2018-ci il tarixli müqaviləyə xx xxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə saziş ilə «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxx» İKB ASC-yə ötürülmüşdür. İddiaçı tərəfdən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «xxxx» İKB ASC-yə 328.68 manat əsas, 69.74 manat faiz, 71.68 manat cərimə borcu vardır. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, həqiqətən «FİNtrend» BOKT ilə arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik faiz dərəcəsi 40 faiz olmaqla 468 manat məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Belə ki, işdə olan iddiaçı «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 312-0***-******* saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən «FİNtrend» BOKT tərəfindən Cavabdeh illik faiz dərəcəsi 40 faiz olmaqla 12 ay müddətinə, 468 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 468 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan, xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» İKB ASC-yə 328.68 manat əsas, 69.74 manat faiz, 71.68 manat cərimə borcu qalmışdır. İşdə olan «FİNtrend» BOKT ilə «xxxxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 729 nömrəli, xx xxx 2018-ci il tarixli müqavilədən görünür ki, xx xxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə saziş ilə «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxx» İKB ASC-yə ötürülmüşdür. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı «xxxx» İKB ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 71.68 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «xxxx» İKB ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «xxxx» İKB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh iddiaçı «xxxx» İKB ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 328.68 manat əsas, 69.74 manat faiz, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 418.42 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalı, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 328.68 manat əsas, 69.74 manat faiz, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 418.42 manat məbləğində borc və 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İKB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılmasının qərara alınması nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar